AFFA Elvin Əliyev qalmaqalı ilə bağlı qərar çıxardı

04.10.2011 | 7557 dəfə oxunub

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Stadium.az xəbər verir ki, iclasda Premyer Liqanın ötən turunda baş vermiş hadisələrlə bağlı da qərarlar qəbul olunub.

7-ci turda keçirilmiş "Neftçi" - "Bakı" oyunundan sonra Elvin Əliyevin döyülməsi ilə bağlı da qərar verilib. Kommitənin bu barədə açıqlaması belə olub:

Unibank Premyer Liqasının VII turunun “Neftçi” – “Bakı” matçı başa çatdıqdan “Bakı” klubunun futbolçusu Elvin Əliyev soyunub-geyinmə otağından çıxdıqdan sonra “Neftçi” klubunun avtobusuna yaxınlaşmış və orada ona qarşı fiziki təsir göstərilmişdir. Bu hadisə kütləvi informasiya vasitələrində əks olunsa da, adıçəkilən insident barəsində matçın AFFA nümayəndəsi və “Bakı” klubu tərəfindən İntizam Komətəsinə yazılı müraciət olmamışdır.

Yuxarıda göstərilənləri nəzərə alaraq İntizam Komitəsi aşağıdakı qərarları qəbul etdi:

1. Hər iki klub daxili intizam qaydalarını gücləndirməsi tövsiyyə edilir.

2. “Neftçi” klubu baş vermiş hadisə ilə bağlı təqsirkar şəxslər haqqında lazımi ölçü götürsün. Klub Unibank Premyer Liqasının növbəti ev oyunları zamanı ictimayi asayişi gücləndirsin və analoji hadisənin baş verməməsi üçün lazımi tədbirlər görsün. Əks halda, oxşar hadisənin baş verəcəyi təqdirdə “Neftçi” klubuna qarşı ən sərt tədbirlər görüləcəkdir.

3. Hakim-İnspektorlar Komitəsi matçın AFFA nüməyəndəsi haqqında qərar qəbul etsin və yazılı surətdə İntizam Komitəsinə məlumat versin.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail