"Ümid edirəm ki, "Qarabağ" hər iki oyunu qazanıb, qrupdan çıxacaq"

20.11.2015 | 2527 dəfə oxunub

"Qarabağ"ın müdafiəisi Elvin Yunuszadənin müsahibəsi

- Yəqin ki, yığma komandamızın Moldovaya qarşı keçirdiyi yoxlama oyununu izlədiniz. Robert Prosineçki bu oyunda Bədavi Hüseynovla yanaşı müdafiənin mərkəzində Maksim Medvedevə şans vermişdi. Sizə elə gəlmir ki, yığmaya dəvət alıb, Bədavi ilə tandem təşkil etməyiniz daha yaxşı olardı?
- Öncə oyun barədə danışmaq istərdim. Oyuna baxdım. Komandamız çox yaxşı təsir bağışladı. Yığmamızı qələbə münasibətilə təbrik edirəm. Yenilər də özlərini yaxşı tərəfdən göstərdilər. Qələbə qazanmağımız, iki qol vurmağımız sevindiricidir. Fikrimcə, yığmamız bundan da yaxşı çıxış edə bilər. Milliyə dəvət almamağıma gəlincə, bu, Robert Prosineçkinin seçimidir. Onun seçiminə hörmətlə yanaşıram. Maksimim mərkəz müdafiəçisi kimi oynaması da baş məşqçinin qərarıdır.

- Böyükağa Hacıyev saytımıza müsahibəsində bildirib ki, artıq "Xəzər Lənkəran"la "Neftçi" arasındakı görüşləri "Böyük oyun" adlandırmaq olmaz. Çünki indi əvvəlki qədər ajiotaj yoxdur. Vaxtilə "Böyük oyunlar"n iştirakçısı olmuş bir futbolçu kimi, Hacıyevin sözləri ilə razılaşırsınız?
- Hacıyevin özü "Böyük oyun"lara az rəng qatmırdı. O, "Neftçi"də olarkən "Böyük oyun"lar daha maraqlı və prinsipial keçirdi.

- Bu mövsüm çempionatın səviyyəsinin aşağı endiyini nəzərə alsaq,"Qarabağ"ın asanlıqla çempion olacağını demək olar?
- Mən çempionatımzın zəiflədiyini deməzdim. İndidən bizim çempion olacağımızı deməyə də dəyməz. Bizi qarşıda hələ çox oyun gözləyir. Yolumuz uzundur. Amma biz sonda çempion olmaq üçün əlimizdən gələni edəcəyik.

- "Qarabağ" bu fasilə zamanı "Rəvan"la yoxlama oyununda qələbə qazandı. Həmin görüş və hazırlığınız barədə nə deyə bilərsiniz?
- Düzünü deyim ki, bizdə yorğunluq var idi. Amma qələbə qazanmağı bacardıq. Yoxlama görüşü olsa da, qələbə hər zaman xoşdur. Bu, bizim öz gücümüzə inanmağımıza kömək edəcək.

- Qarşıda sizi "Kəpəz"lə çempionat oyunu gözləyir...
- "Kəpəz" digər komandalardan fərqlənir. Heyətində çox yaxşı futbolçular var. Həm də komandanı Şahin Diniyev kimi mütəxəssis çalışdırır. "Kəpəz"ə qarşı oynamaq bütün komandalara çətindir. Birinci dövrədə Gəncədə qarşılaşdığımız oyunda qələbə qazansaq da, bizə çox çətin olmuşdu. Dolu tribunalar qarşısında oynamışdıq. Çox gərgin və maraqlı oyun alınmışdı. Bir sözlə, "Kəpəz"lə oyuna ciddi yanaşmalıyıq. Ümid edirəm ki, yenə yaxşı oynayıb, qələbə qazanacağıq.

- "Kəpəz"lə oyundan sonra siz Avropa Liqasının qrup mərhələsi çərçivəsində İngiltərə "Tottenhem"ini qəbul edəcəksiniz. Bu komandaya qalib gələ biləcəksiniz?
- "Tottenhem" "Çelsi", "Arsenal" kimi klublara qalib gəlir. Yəni onların gücü hər kəsə bəllidir. Bu, azarkeşlərimiz üçün maraqlı oyun olacaq. Belə demək mümkünsə, bizi əsl futbol bayramı gözləyir. Biz də öz növbəmizdə azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik.

- Razısınız ki, "Tottenhem"ə Bakıda qalib gəlmək Belçika "Anderlext"ini səfərdə məğlub etməkdən daha asan olacaq?
- Çox maraqlı qrupa düşmüşük. Sonuncu pillədə qərarlaşan komanda bir qələbə qazanmaqla qrupdan çıxmaq uğrunda mübarizəyə qoşula bilir. Hər şey ola bilər. Ona görə də öncədən nəsə demək çox çətindir. Ümid edirəm ki, hər iki görüşdə qələbə bizim olar və növbəti mərhələyə vəsiqə qazanarıq.  azerisport



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail