Kəmaləddin Heydərov hansı futbolçunu çaş baş saldı?

21.11.2015 | 10878 dəfə oxunub

Azərbaycan I Divizionunun ötən (9-cu tur) turunda (13 noyabr) baş tutan “Energetik” – “Mil Muğan” (0:4) oyununda maraqlı hadisə yaşanıb.

Oyunun başlamasına qısa bir vaxt qalmış, AFFA-dan xəbər gəlib ki, qarşılaşma təxirə salınacaq. Buna isə fövqəladə hallar naziri – general-polkovnik Kəmaləddin Heydərovun gözlənilmədən Mingəçevirə səfər etməsi səbəb olub. İş ondadır ki, naziri Mingəçevirə gətirən helekopter qarşılaşmanın oynanıldığı Mingəçevir şəhər stadionuna enib. Buna görə də, futbolçuları stadiondan tribunaya yollayıblar. Cənab nazirin helekopteri stadiona enib və onu rəsmi şəxslər qarşılayıblar.

Heç kimin gözləmədiyi halda cənab Heydərov stadionun qaçış zolağına yaxınlaşıb və “Mil Muğan”ın kapitanı Ruhid Usubova işarə edərək “bura gəl” deyib. Bunu gözləməyən Usubov çaş-baş qalıb. Hətta dönüb arxasına belə baxıb ki, birdən ondan geridə olan adama işarə edər nazir. Ancaq arxasında bir adam olmadığını görən Usubov üzünü nazirə tutaraq “cənab nazir, mən?” deyə soruşub. Heydərov isə “bəli, sən” işarəsi verib. Bunu eşidən Ruhid isə dərhal stadiondan meydana – qaçış zolağına enib.

Bundan sonra Kəmaləddin Heydərov Usubovla bir qədər söhbət edib. O, Ruhidə bildirib ki, “oyununuz var, yəqin ki, maneə törətdik, amma indi tapşırıq verərəm, helekopteri stadiondan götürürlər”. Futbolçu da öz növbəsində nazirə təşəkkürünü bildirib.

Elə də olub, bir neçə dəqiqədən sonra naziri gətirən helekopter əsas stadiondan qalxaraq, ehtiyat meydana enib. Bununla da AFFA-dan gələn göstərişin əksinə olaraq, oyun təxirə salınmayıb. Buna isə oyunların keçirilməsi və təşkili departamentinin yaltaqlığı yox, cənab nazirin alicənablığı səbəb olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail