"Xəzər Lənkəran"ın məğlubiyyəti tarix yaratdı

05.10.2011 | 5373 dəfə oxunub

“Xəzər Lənkəran” klubunun məğlubiyyətsiz oyunlar seriyası başa çatıb. Stadium.az xəbər verir ki, 201 gündən sonra yenə Premyer Liqa oyununda məğlubiyyət acısı dadıb.

Sonuncu dəfə ötən mövsümün 23-cü turunda, “altılığ”ın martın 13-dəki ilk matçında səfərdə AZAL-a 0:1 hesabı ilə uduzan “Xəzər Lənkəran” həmin gündən çempionatda heç kimə uduzmurdu. Ötən mövsümün son 9, cari mövsümünsə ilk 7 görüşündə bu seriya davam etmişdi. Məğlubiyyətsiz 16 oyunda futbolçular 8 qələbə qazanaraq 8 heç-heçə edib. Bu matçlarda 23 top vuran “Xəzər Lənkəran” cəmi 9 dəfə qapısında qol görüb.

Bu seriya zamanı 7 səfər matçına çıxan “Xəzər Lənkəran” bu xoşbəxt rəqəmi “İnter”lə “Şəfa” stadionunda artırıb “8”ə çatdırmaq mümkün olmayıb. 0:1 hesablı məğlubiyyət cənubluların tarixində 3-cü məğlubiyyətsiz seriyanı rəsmiləşdirib. Belə ki, "Xəzər Lənkəran"ın hesabında 1 dəfə 21, 1 dəfə 19 oyunluq məğlubiyyətsiz seriya da var.

201 günlük marafon: Məğlubiyyətdən məğlubiyyətədək


Mövsüm        Tarix       Tur     Rəqib                    Yer  Hesab

2010/11   13.03.2011 23   AZAL (Bakı)                s       0:1

2010/11   18.03.2011 24   NEFTÇİ (Bakı)            e       1:1

2010/11   02.04.2011 25   BAKI (Bakı)                 s       0:0

2010/11   10.04.2011 26   QARABAĞ (Ağdam)    s       0:0

2010/11   16.04.2011 27   İNTER (Bakı)               e       1:1

2010/11   23.04.2011 28   AZAL (Bakı)                 e       3:0

2010/11   30.04.2011 29   İNTER (Bakı)               s     1:1

2010/11   07.05.2011 30   QARABAĞ (Ağdam)    e     1:1

2010/11   13.05.2011 31   BAKI (Bakı)                 e     2:0

2010/11   18.05.2011 32   NEFTÇİ (Bakı)             s      1:1

2011/12   06.08.2011   1   SUMQAYIT-ŞƏHƏR    e     2:1

2011/12   14.08.2011   2   AZAL (BAKI)               s     3:0

2011/12   20.08.2011   3   TURAN (Tovuz)          e     3:1

2011/12   27.08.2011   4   RƏVAN (Bakı)             s     1:1

2011/12   10.09.2011   5   NEFTÇİ (Bakı)             e     1:0

2011/12   17.09.2011   6   QARABAĞ (Ağdam)    s     1:0

2011/12   23.09.2011   7   QƏBƏLƏ (Qəbələ)      e       2:1

2011/12   30.09.2011   8   İNTER (Bakı)                s     0:1


"Xəzər Lənkəran"ın rekordu 2007-ci ildə gerçəkləşib. 2006/07 mövsümünün fevralın 16-dakı 15-ci tur oyununda Bakıda “Neftçi”yə 0:1 hesabı ilə uduzan komanda 2007/08 mövsümünün 11-ci turunun noyabrın 10-da “Neftçi”yə bu dəfə Lənkəranda 0:1 hesabı ilə uduzub. Bu 2 məğlubiyyət arasında isə 21 çempionat oyununda “Xəzər Lənkəran”ı udan tapılmayıb.

19 oyunluq seriya da Lənkəranda “Neftçi”yə 0:1 hesabı ilə uduzmaqla başlayıb. Bu, 2005/06 mövsümünün 13-cü turunda, 2005-ci il dekabrın 12-də yaşanıb. 2006/07 mövsümündə 8-ci turun 2006-cı il oktyabrın 22-də isə səfərdə “Karvan”a uduzmuşuq. Bu 2 yenilgi 19 oyun məğlubiyyətsizliyi əhatə edir.

"Xəzər Lənkəran"ın rəsmi saytı



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail