Marsel Köller: "Azərbaycanla oyun gərgin keçəcək"

Avstriyanın baş məşqçisi millimizlə oyun barədə danışdı

05.10.2011 | 4761 dəfə oxunub

AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 7-də Bakıda millimizlə qarşılaşacaq Avstriya yığma komandasının yeni baş məşqçisi Marsel Köller açıqlama verib. Stadium.az xəbər verir ki, əvvəlcə komandası barədə danışan Köller bunları söyləyib:

"Avstriya yaxşı futbol oynayır. Heyətdə bir çox istedadlı və gənc futbolçular var. Bu futbolçularla uğur qazanmağa çalışacağam və buna inanıram. Çünki mən qalib gəlməyi xoşlayan bir insanam. Avstriyanın seçmə mərhələdəki çıxışı barədə isə onu deyə bilərəm ki, uğur qazanmağa xırda detallar mane oldu. Ona görə də indi komanda 4-cü pillədədir".

Köller daha sonra Azərbaycanla oyun barədə də fikir bildirib: "Qarşıda iki çətin oyunumuz var. Əvvəlcə Azərbaycan, daha sonra isə Qazaxıstanla səfərdə qarşılaşacağıq. Bu oyunların gərgin keçəcəyini düşünürəm. Bununla belə, inanıram ki, Avstriya millisi gələcəkdə daha yaxşı oyun sərgiləyəcək".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail