"Qəbələ"də ciddi problemlər: kimlər oynamayacaq?

22.11.2015 | 1631 dəfə oxunub

"Qəbələ"nun əsas komandasında zədə epidemiyası hökm sürür. Bir neçə futbolçu bu səbəbdən hazırlıqdan kənarda qalıb. Onların bəzilərinin Avropa Liqası çərçivəsində PAOK-a qarşı oynayacağı sual altındadı.

Stadium.az xəbərverir ki, əsas komandanın həkimi Roman Jolobaylyuk bidirib ki, ən ciddi problem kapitan Dodo ilə bağlıdı: “Dododa omba nahiyəsində əzələ dartılması olub. Bunu “İnter”lə oyundan sonra aşkar etdik. Kapitanımız həmin matçın son dəqiqələrində zədələnsə də, əsl fədakarlıq edərək sonadək mübarizə apardı. Belə ciddi zədələr zamanı reabilitasiya prosesi təxminən 3 həftə çəkir. Bu üzdən Luisin PAOK-la səfər matçında iştirakı sual altındadır. Onun müalicəsinin dinamikasına baxıb qərar verəcəyik”.

“İnter”lə ev oyununun hələ ilk hissəsində Sergey Zenyovun da əvəzlənməsi futbolçunun zədələnməsi ilə bağlı olub. Jolobaylyuk hücumçunun Estoniya milli komandasının düşərgəsində tam müayinədən keçdiyini söyləyib: “Zenyovun da omba nahiyəsində əzələsi dartılıb. Ona da 2-3 həftə vaxt lazımdı. Estoniya yığmasının həkimləriylə söhbətdən sonra belə qərara alınıb ki, millinin oyunları zamanı düşərgədə qalsın. Təlim-məşq toplanışı bitən kimi isə komandamıza qayıdıb. Estoniyalı həkimlərin başladığı müalicəni Qəbələdə davam etdiririk. Sergeyin Yunanıstandakı matçadək sıraya dönəcəyinə ümid edirik”.

Zenyov kimi Ermin Zets də zədə üzündən milli komandasına kömək edə bilməyib. Həm də estonlar yoldaşlıq görüşü keçirirdisə, Zetsin üzvü olduğu Bosniya və Herseqovina millisini daha məsul sınaq - İrlandiya yığmasıyla "pley-off" matçları gözləyirdi. Zets həmin müddətdə Xorvatiyanın paytaxtı Zaqrebdə olub: "Erminin onurğa sütununda ağılar var. Prinsipcə, bu, geniş yayılmış zədədi. Belə qərara aldıq ki, Zetsi bu cür zədələr üzrə ixtisaslaşmış klinikası olan Zaqrebə yollayaq. Futbolçumuz orada 10 günlük müalicə kursu keçərək, noyabrın 16-da düşərgəmizə qayıdıb. Zaqrebdəki həkimlər bizə bildirdilər ki, Zetsin müalicəsinin dinamikası müsbətdi və onun tezliklə yaşıl meydana qayıdışı üçün lazım olan hər şeyi ediblər”.

Ruslan Abışov isə milliyə dəvət alsa da, zədə üzündən Moldova yığmasıyla yoldaşlıq görüşü ərəfəsində heyətdən çıxarılıb. Azərbaycan yığmasının müdafiəçisi arxa diz bağlarıyla bağlı xroniki problem üzündən millinin heyətindən kənarda qalıb: “Ruslanla söhbətdə məlum oldu ki, zədə onu müəyyən müddətdir narahat edir. Bu, hava dəyişkənliyi, təbii otdan süni örtüklü meydançaya keçid zamanı özünü daha qabarıq büruzə verir. Abışov fasilə müddətində müalicə olunub və vəziyyəti qaydasındadı”.

Qəbələdəki ardıcıl oyunlar zamanı daha bir legioner - ukraynalı Dmitri Bezotosnı da sıradan çıxıb. Jolobaylyukla söhbətdə “Qəbələ”nin əsas qapıçısının vəziyyətinin yaxşılığa doğru dəyişdiyi məlum olub: “Bezotosnı yaxşı müalicə kursu keçib. Hazırda bərpa prosesi mərhələsindədi. Ümid edirik ki, PAOK-la oyunadək Dmitri də tam döyüşkən vəziyyətdə olacaq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

24.05.2020

12:34  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

22.05.2020

20.05.2020

19.05.2020

01:09  "Verder" - "Bayer" - 1:4 VİDEO

18.05.2020

17.05.2020

13:07  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ