2934 gündən sonra gələn qalibiyyət

23.11.2015 | 2284 dəfə oxunub

Premyer Liqanın XIII turunda baş tutan “Böyük oyun”da 2:0 hesabı ilə qalib gələn “Neftçi” “Xəzər Lənkəran”la səfər oyunlarındakı qələbəsiz oyunlar seriyasına son qoyub.


Stadium.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, “Böyük oyun”ların tarixi ərzində 2 dəfə rəqib meydanında qalib gələn paytaxt təmsilçisi sonuncu dəfə 2007-ci ildə Lənkəranda 3 xala sevinmişdi. 8 il 12 gün əvvəl noyabrın 10-da qələbə qazanan bakılılar çempionat oyununda 1:0 hesabına sevinmişdi. 2934 gündən sonra “Xəzər Lənkəran”ın meydanında qalib gələn “Neftçi” bu müddətdə 12-si çempionat, 1-i kubokda olmaqla, 13 səfərdən qələbəsiz ayrılmışdı. Bu 13 qarşılaşmadan 5-də meydan sahibləri qələbə qazanmışdısa, 8-də heç-heçə qeydə alınmışdı.

İndiyədək rəqib meydanında qazandığı hər iki qələbəsi Lənkəran Olimpiya Kompleksinə təsadüf edən “Neftçi” ilk dəfə “Xəzər Lənkəran” mərkəzi stadionunda 3 xal əldə edib. “Ağ-qaralar” həm 2007-ci il noyabrın 10-da, həm də 2005-ci dekabrın 18-də Lənkəranın 2-ci arenasında qalib gəlmişdi – hər ikisi 1:0. İndiki stadionda 13 matçda qalib gəlməyən bakılılar 14-cü cəhddən arenanı qələbə ilə tərk edib.        

İndiyədək keçirilən 39 “Böyük oyun”dan 35-i Premyer Liqa, 3-ü Azərbaycan kuboku, 1-i Superkuboka təsadüf edib. Bu qarşılaşmalarda “Neftçi” 13, “Xəzər Lənkəran” 9 qələbə qazanıb, 17 matçda isə qalib müəyyənləşməyib. “Ağ-qaralar” 46, “ağ-yaşıllar” 35 top vurub. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail