3 qol, iki yubiley

23.11.2015 | 2482 dəfə oxunub

“Kəpəz” cari mövsümdə ilk dəfə böyük hesabla uduzub.

Stadium.az, Azərbaycan Premyer Liqasının XIII turunun “Qarabağ”la səfər oyununda 3 cavabsız qol buraxan Gəncə klubu sonuncu dəfə 2013-cü il mayın 20-də AZAL-la səfər oyununda ağır yenilgi alıb.

935 gün əvvəl paytaxt təmsilçisi 4:0 hesabı ilə qalib gəlib. Bu, qərblilərin ölkə çempionatları tarixində 32-ci böyükhesablı məğlubiyyətidir. Cari mövsümdə “Zirə”ni 4:1 hesabı ilə məğlub edən “Qarabağ” 2-ci dəfə böyük hesabla qalib gəlib. Ağdam klubu tarixində 86-cı dəfə 3 və ya daha çox top fərqi ilə qələbə qazanıb. Bu göstəricidə 3-cü olan “Qarabağ” “Kəpəz”lə fərqi 5-ə endirib. Belə ki, 2-ci olan qərblilər 91 böyükhesablı qələbə əldə edib. İki komanda arasında oyunlarda 9-cu dəfə belə nəticə qeydə alınıb. İndiyədək gəncəlilər 5, ağdamlılar 4 dəfə rəqibini böyük fərqlə məğlub edib.

13-cü turun “Qarabağ” – “Kəpəz” matçında vurulan qollardan ikisi yubiley xarakteri daşıyıb. 2-ci qola imza atan Dani əyalət klublarının görüşlərində 100-cü topun müəllifi olub. Riçard Almeydanın matçda vurduğu top ağdamlıların “Kəpəz”in qapısından keçirdiyi  yubiley – 50-ci qoldur. 39 dəfə üz-üzə gələn rəqiblərin oyunlarında “Kəpəz” 51, “Qarabağ” 50 top vurub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail