PFL-dən "İnter Arena"da baş verən qalmaqalla bağlı addım

24.11.2015 | 2511 dəfə oxunub

Bakının "İnter" klubuna növbəti ev oyunlarından etibarən rəsmi şəxslərə buraxılış vəsiqəsi verilməsi təklif olunub.

Bu barədə "Report"a Peşəkar Futbol Liqasının (PFL) Texniki-idman şöbəsinin rəisi Zamiq Hüseynov məlumat verib.

O bildirib ki, klub nümayəndələrini oyunlara akkreditə etmək qurumun işi deyil və klublar özləri bununla məşğul olmalıdırlar: "İnter Arena"da belə hallar tez-tez olur. Növbəti turlardan buraxılış vəsiqəsi tətbiq etməyi tapşırmışıq. Əvvəllər mühafizəçiləri də akkreditasiyadan keçirirdik. Amma sonra gördük ki, bu, daha böyük problemlər yaradır. Hər kəsə buraxılış verilirdi, oyundan sonra da dəhlizdə qalmaqal yaranırdı. Təsəvvür edin ki, "İnter Arena"dakı qalmaqalda mühafizəçilər də olsaydı, orada nələr baş verərdi. Hazırda biz məşqçi, futbolçular və komandanın inzibatçılarına lisenziya veririk. Çıxış yolu kimi tribunadan çölə əlavə qapının açılmasını da təklif etmişik. Mətbuat konfransına birbaşa giriş olacaq".

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının XIII turunda "İnter Arena"da keçirilmiş "İnter" - AZAL oyunundan sonra qonaq komandanın rəsmiləri ilə polis əməkdaşları arasında anlaşmazlıq yaşanıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail