"Ağır məğlubiyyəti azarkeşlərə unutdurmaq istəyirik"

25.11.2015 | 3663 dəfə oxunub

“Qarşıdakı oyuna ciddi hazırlaşırıq. Ötən turdakı ağır məğlubiyyəti azarkeşlərə unutdurmaq istəyirik. Bunun üçün də əlimizdən gələni edəcəyik”.

Stadium.az xəbər verir ki, bu sözləri “Kəpəz”in futbolçusu Bəxtiyar Soltanova Azərbaycan Premyer Liqasının 14-cü turunda  “İnter”lə oyun öncəsi klubun saytına deyib.

O, çempionatda zəif rəqibin olmadığını bildirib:

“Bütün rəqiblər güclüdür, demək olar ki, çempionatda zəif komanda yoxdur. Amma yenə də biz meydana qələbə üçün çıxacağıq. Başqa yolumuz yoxdur. Üç xal qazanmaqla komandamızın hansı məqsədlər üçün mübarizə apardığını ortaya qoyacağıq. Mütləq xal ehtiyatını artırmalıyıq”.

B.Sultanov komandasının gücünə güc qatmaq üçün nə lazımdısa, edəcəyini vurğulayıb:

"Üzərimə düşəni edib, “Kəpəz”in uğur qazanmasına töhvə vermək istəyirəm. Ağdam klubu ilə oyunda cəzalı olduğumdan oynaya bilmədim. Bu səbəbdən daha çox istirahət etmək imkanım olub. Qələbə qazanmaq üçün çox çalışmalıyıq. Mübarizəni sonadək aparmaq lazımdır”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail