"Kəpəz"in yığmalara futbolçu verməsindən neçə illər keçib"

25.11.2015 | 2543 dəfə oxunub

“Kəpəz”in iki illik fasilədən sonra yenidən Azərbaycan Premyer Liqasında mübarizə aparması və bu dönüşün komandanın uğurlu çıxışı ilə əlamətdar olması azarkeşlər üçün sevindirici olmaya bilməz. Bu planda daha bir sevindirici məqam “sarı-göylər”in üzvlərinin müxtəlif yığma komandalara dəvət almasıdır.

 

Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Gəncə klubunun əldə etdiyi nəticələr milli məşqçilərinin komandaya diqqətini artırıb və bunun nəticəsidir ki, əsas komandanın 4 futbolçusu yığmalara çağırılır. Əsas milliyə Tərlan Quliyev və Rəşad Eyyubov, 21 yaşlı futbolçulardan ibarək komandaya isə Budaq Nəsirovla Azad Kərimov mütamadi dəvət olunur.

 

Buna kimi uzun müddət “Kəpəz”dən millilərə futbolçu çağırılmayıb və bu mövsüm təxminən 12-13 illik həsrətə son qoyulub. Bu işdə az əməyi olmayan “sarı-göylər”in baş məşqçisi Şahin Diniyev açıqlamasında bundan sonra da yığmalara futbolçu verməyə çalışacaqlarını bildirib:

 

“Biz hələ ilk addımlarımızı atırıq və komandamızın futbolçuları milli komandalara dəvət alır. “Kəpəz”in yığmalara futbolçu verməsindən neçə illər keçib. Hazırda əsas komandanın 4 üzvü milliyə çağırılır. Əvəzedici komandamızdan isə bir oyunçu U-19-a dəvət olunub. Bu, “Kəpəz”in uğuru sayılır. Yolun başlanğıcında oyunçularımızın Azərbaycan yığmalarına cəlb olunması olduqca sevindiricidir. Mənə elə gəlir ki, zaman keçdikcə çempionat oyunlarında uğurla çıxış etməyimiz komandamızdan dəvət alanların sayını və onların meydanda oynama vaxtını da artıracaq. Futbolçuların özündən də çox şey asılıdır. Millinin baş məşqçiləri oyunçuları izləyir və göstərdikləri oyun onlar üçün yığmalara tramplin olacaq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail