Qriqorçuk: "Bu gün vicdanımız təmizdir"

27.11.2015 | 2651 dəfə oxunub

"Qəlbimin dərinliyində "Krasnodar" - "Borussiya" oyununun nəticəsini bildikdə çox pis oldum. Bilirsən ki, qalib gəlsən də, xeyri yoxdur. Buna baxmayaraq, biz bu oyuna çıxmalıydıq”.
 
Stadium.az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk deyib. Avropa Liqasının qrup mərhələsinin V turunda PAOK-la səfərdə keçirilmiş və qolsuz heç-heçə ilə bitən oyundan sonra ukraynalı mütəxəssis fikirlərini bildirib: "Ola bilərdi ki, belə oyunlar hansısa futbolçunun praktikasında az olub və ya ümumiyyətlə oynamayıb. Bunları nəzərə alaraq futbolçulara dedim ki, nəticə necə olursa olsun biz çıxıb oynamalıyıq. Bugündən sonrakı çempionat oyunlarında və Avropa Liqasında qalan bir oyunumuzda qalib gəlməyə çalışacağıq ki, qrup üçüncüsü olaq".

 
- Deyə bilərik ki, "Qəbələ" üçün ən yaxşı nəticə PAOK-la iki oyun oldu?
 - Nəticə baxımından deyə bilərik. Amma "Borussiya" ilə ev oyununda və "Krasnodar"la oyunda yaxşı çıxış etmişdik.
 
- Həmişə təmkinli olursunuz, amma bu gün hakimlərə qarşı aqressiv idiniz..
- Oyunçular bir az aqressiv, bir az da ağıllı olsa, bu oyunu həll edə bilərdik. Hakimlərin bugünkü çıxışı mənim xoşuma gəlmədi.
 
- Qrupdakı göstəricilərə əsasən heyətdə ən çox dəyişiklik etmək istədiyiniz mövqe hansıdır?
- Qrupdan çıxmaq üçün komanda çox güclü olmalıdır və bunun üçün heyətdə elə 3-4 oyunçu olmalıdır ki, onlar vəziyyəti dəyişə bilsin. Bunun üçün də müəyyən şərtlər lazımdır. Burada bəxt amili də öz sözünü deyir. Hansı ki, "Borussiya" və "Krasnodar" komandalarının oyununda bu amil bizim  tərəfdən olmadı. Bütün bunlar olduqda qrudan çıxa bilərik. Bu gün vicdanımız təmizdir və oyunçularla fəxr edirəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail