Millimiz son matçında da uduzdu, ispanlardan daha bir darmadağın

Qrup mərhələsinin son oyunları keçirildi

05.10.2011 | 5339 dəfə oxunub

Avropa çempionatının Bakıda keçirilən seçmə mərhələsinə yekun vurulub. Stadium.az xəbər verir ki, son oyun günündə 2 qarşılaşma olub.

İlk 2 oyunda əvvəlcə Ukraynaya (0:3), daha sonra da İspaniyaya (0:7) məğlub olan millimiz bu dəfə Bosniya və Herseqovina ilə qarşılaşıb. Görüşə rəqib daha yaxşı başlayıb və ilk dəqiqələrdə hesabı açıb. Lakin futbolçularımız da buna cavab verməkdə gecikməyib və 5 dəqiqə sonra bərabərlik bərpa edilib. Lakin matçın son dəqiqələrində bosniyalılar daha bir qol vuraraq qələbə qazanıblar.

Digər oyunda isə İspaniya ilə Ukrayna üz-üzə gəlib. İspanlar ukraynaya da millimizin aqibətini yaşadıb və 7 cavabsız qolla qalib gəlib.

Bu nəticədən sonra 9-cu qrupa İspaniya başçılıq edib - 9 xal. İkinci sıranı Bosniya və Herseqovina (6 xal), üçüncü sıranı isə 3 xalla Ukrayna tutub. Hesabında xalı olmayan Azərbaycan millisi isə qrupu sonuncu pillədə bitirib.

AÇ-nin seçmə mərhələsi
9-cu qrup

5 oktyabr

16:00. Azərbaycan – Bosniya və Herseqovina - 1:2
Qollar: Melis Sarialtin, 7 - Selma Kapetanoviç, 2, Merima Seviç, 69
Baş hakim: Marianna Svendsen (Danimarka)
Mərdəkan qəsəbəsi. “Dalğa Arena” stadionu

16:00. Ukrayna – İspaniya - 0:7
Qollar: Alba Pomares, 4, 18, Sonya Frayli, 11, 17, Carla Puiggros, 2, Nuria Mendoza, 34
Baş hakim: Berta Mariya Korreya Tavareş Teyşeyra (Portuqaliya)
Şüvəlan qəsəbəsi. AZAL stadionu



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail