"Krasnodara qalib gəlməyə çalışacağıq"

28.11.2015 | 2376 dəfə oxunub

UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda PAOK-la qarşılaşan “Qəbələ” səfər oyunundan 1 xalla ayrılıb.

Stadium.az xəbər verir ki, “qırmızı-qaralar”ın təcrübəli futbolçusu Aleksey Qay 0:0 hesabı ilə başa çatan görüş haqda fikirlərini klub saytına açıqlayıb:


“Qrupumuzdakı digər qarşılaşmanın nəticəsinin oyunumuza heç bir təsiri olmadı. Krasnodardakı görüşdən sonra növbəti mərhələyə hər iki vəsiqənin sahibi bəlli olsa da, biz qarşılaşmaya çıxıb, öz futbolumuzu nümayiş etdirdik. Ümumi hədəfin öhdəsindən gəlib, qrupdan çıxa bilmədik. Lakin oyunumuzdan razı qalmalıyıq. Düzdür, səfərdə heç-heçəylə kifayətləndik. Amma yaxşı oyun nümayiş etdirdik. Qarşılaşmanı hazırlaşdığımız səviyyədə keçirə bildik. Sadəcə, qol vura bilmədik. Bunu da təhlil edəcəyik. Qrup mərhələsində qələbə qazanmamışıq. Lakin hələ bir oyunumuz qalıb. “Krasnodar”la həmin ev oyununda qalib gəlib, azarkeşlərimizi sevindirməyə çalışacağıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail