Ramin Musayev sabiq FİFA referisi ilə görüşdü

28.11.2015 | 2654 dəfə oxunub

Belçikalı sabiq FİFA referisi Frank de Blekere Azərbaycana gəlib.

 

Stadium.az xəbər verir ki, AFFA-nın dəvəti ilə ölkəmizə təşrif buyuran  49 yaşlı sabiq FİFA referisi hazırda UEFA CORE (gənc və istedadlı hakimlər üçün təşkil olunan kurs) kursunda təlimatçıdır. Azərbaycandan həmin kursda referi Ömər Paşayev eləcə də köməkçi hakimlər Akif Əmirəli və Kamran Bayramov iştirak edirlər.  
 

Frank de Blekerenin Azərbaycana səfərinin əsas məqsədi perspektiv vəd edən gənc hakimlərimizin idarə etdiyi oyunlara baxmaq və bu barədə lazım olan qurumlara məlumat verməkdir.

Hesabat turunun 3 oyununu - AZAL-“Sumqayıt”, “Zirə” – “Xəzər Lənkəran” və Ömər Paşayevin baş hakim olduğu “Neftçi” – “Qarabağ” matçını izləyəcək rəsmi şəxs bu gün Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevlə görüşdü. Görüşdə Frank de Blekere ilə yanaşı AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov və gənc hakim Ömər Paşayev də iştirak etdilər.  1 saata yaxın davam edən dialoqda Azərbaycan hakimliyinin hazırkı durumu və gələcək əməkdaşlıqların perspektivləri müzakirə olundu. Növbəti görüşün yaxın gələcəkdə reallaşmasına qərar verildi.


Qeyd edək ki,  Frank de Blekere  14 il FİFA hakimi olub və 2 dünya eləcə də bir Avropa çempionatının final mərhələsində idarəçilik edib.  Blekere Çempionlar Liqasının final mərhələsində ümumilikdə 47 dəfə ədaləti qoruyub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail