Derlis Meza Kolli qışda "Qəbələ"dən ayrılacaq

29.11.2015 | 2547 dəfə oxunub

"Qəbələ"nin yarımmüdafiəçisi Derlis Meza Kollinin meneceri Kamil Məmmədov müştərisinin bu komandadakı durumunu şərh edib. Açıqlamasında o, bunları söyləyib:

"Derlis bu qış "Qəbələ"ni tərk edəcək. O, indiki vəziyyətdə komandada qalmaq istəmir. Meza Kolli iki il ölkənin aparıcı klublarından olan "İnter"də çıxış etdi və komandanın aparıcı futbolçularından biri idi. Amma "Qəbələ"yə, onun baş məşqçisinə nə qədər böyük hörmətimiz olsa da, müştərimi bu komandada qazandığı oyun vaxtı qətiyyən qane etmir. O, belə münasibətə layiq deyil. Yəqin ki, baş məşqçinin də öz səbəbləri var. Ona görə bu barədə çox danışmaq istəmirəm. Fikrimcə, qışda klubla ümumi razılığa gələ biləcəyik. Derlis qışda komandanı tərk edəcək".

Qeyd edək ki, futbolçu bu klubla bir illik müqavilə imzalamışdı. azerisport



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail