“Neftçi” - “Qarabağ” qarşılaşmasında işıqlar niyə sönüb?

30.11.2015 | 3828 dəfə oxunub

Ötən gün “Neftçi” - “Qarabağ” klublarının qarşılaşması zamanı stadionda işıqların sönməsi mübahisəli məqam ortaya çıxarıb.

“Neftçi” PFK-nın mətbuat katibi Mehman Rəsulov Trend-ə açıqlamasında bildirib ki, “Bakcell Arena”da baş tutan oyunda işıqların hansı səbəbdən söndüyü araşdırılıb. O qeyd edib ki, problem “Azərişıq” ASC-dən qaynaqlanıb: “Biz “Bakcell Arena”da icarə əsasında oynayırıq. Orada elektrik enerjisinin verilişi üçün iki xətt var. İşıq xəttinin birində nasazlıq var idi, digəri isə işlək vəziyyətdə idi. Tam işıqlar kəsilməmişdi. Kəsilən xəttin bərpası üçün də müəyyən vaxt lazımdır. Problem “Azərişıq”da elektrik enerjisinin ötürülməsi ilə əlaqəli olub. Ona görə də stadionda işıqlar sönüb”.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Tanrıverdi Mustafayev isə Trend-ə açıqlamasında bildirib ki, stadionda işıqların kəsilməsinin təmsil etdiyi qurumla heç bir əlaqəsi yoxdur: "Azərişıq" ASC-dən “Bakcell Arena”ya elektrik enerji verilişi normal qaydasında olub. Orada işıqların sönməsinin bizə aidiyyatı yoxdur, stadionun problemi ola bilər”.

Qeyd edək ki, ötən gün Topaz Premyer Liqasının 14-cü turunda “Neftçi” - “Qarabağ” oyunu zamanı işıqlar sönüb. Problem qısa zamanda aradan qaldırılıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail