"Kəpəz"in qapıçısı: "Sevincliyəm, amma qəhrəman deyiləm"

30.11.2015 | 2577 dəfə oxunub

“Kəpəz”in qolkiperi Tadas Simaitisin müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edir:

 

- Tadas, “İnter” ilə oyunda 11 metrlik cərimə zərbəsini dəf edib komandanı qoldan xilas etdin...

- Penalti zərbələri adətən lotereya kimi qəbul olunur, vura da bilərsən, vurmaya da. Oyun günü mən lotereyada uddum (gülür). Bundan əvvəl qapımıza təyin olunan iki 11 metrlik cərimə zərbəsini zərərsizləşdirə bilməmişdin. Bu dəfə alındı.   

 

- Sanki zərbəni dəf edəcəyinə əmin idin. Rəqib futbolçunun qarşısında soyuqqanlı durmuşdun və onun topu hara vuracağını hiss etdin.

- Zərbənin hara vurulacağını təxmin etmək çətindir. Son anda rəqib oyunçunun topu hara vuracağını yəqin etdim və ora doğru tullandım. Onu topun başına keçəndən zərbə vurana kimi diqqətlə izlədim və istiqaməti doğru tapdım. Zərbəni dəf edə bildiyim üçün sevincliyəm, amma qəhrəman deyiləm. Çünki üzərimə düşən işi yerinə yetirdim.

 

- “İnter” ilə oyunun nəticəsi haqda nə deyə bilərsən?

- Bakı klubu ilə oyunda heç-heçə bizim üçün heç də yaxşı nəticə sayıla bilməz. Yaxşı oynayırıq, təhlükəli hücumlar qururuq amma qol vura bilmirik. Qələbə qazanmaq üçün həm də fərqlənmək lazımdır. Matçdan əvvəl desəydilər ki, rəqib penaltidən istifadə edə bilməyəcək və oyun heç-heçə bitəcək, bunu yaxşı nəticə saymaq olardı. Amma bu qədər qol epizodundan qol vurmadıqdan sonra hesaba təəssüflənmək olar. Biz sözlə, oyunu udmalıydıq.

 

- Qarşıda “Xəzər Lənkəran”la kubok oyunu var. Bu görüş haqda nə fikirləşirsən?

- Qələbə və mərhələ adlamaq üçün səfərə yollanacağıq. Yalnız çempionat oyunlarını yox, eyni zamanda kuboku fikirləşmək lazımdır. Kubokun bu mərhələsi bir oyundan ibarətdir və bu qarşıdakı matçın əhəmiyyətini artırır.

 

- Gəncə azarkeşləri sizi çox sevir...

- Fanatlarımız haqda ancaq xoş sözlər deyə bilərəm. Bizi ürəklə dəstəkləyir, oyunun sonuna kimi qələbəyə səsləyirlər. Azarkeşlərin sevimlisi olmaq qürurvercidir. Onlar komandanın “12-ci oyunçu”su sayılırlar. “Kəpəz”in heyətində bu qədər azarkeşin önündə oynamaq olduqca xoşdur. Fanatlarımız superdirlər, onlara hər şeyə görə minnətdaram. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail