Prezident "Neftçi" ilə oyundan öncə danışdı

30.11.2015 | 3018 dəfə oxunub

Son illər "Qaradağ Lökbatan"ın Birinci divizionda uğurlu çıxış etməsi heç kəsə sirr deyil. Liqada hər bir komanda üçün çətin rəqib sayılan Qaradağ təmsilçisi bu dəfə özü imtahan verməli olacaq. Belə ki, Tahir Mustafayevin prezident olduğu klub çətin "Neftçi" oyununa hazırlaşır. Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində "Neftçi"yə qarşı baş tutacaq oyun elə idman mediasınında diqqət mərkəzindədir.

Stadium.az olaraq, bu gün "Qaradağ Lökbatan"ın prezidenti Tahir Mustafayevlə əlaqə saxladıq. Mustafayev çətin "Neftçi" görüşündən əvvəl bunları danışdı:

"Komandamız hər oyuna son oyun kimi yanaşır və istədiyi nəticəni qazanır. Bunun nəticəsidir ki, "Qaradağ Lökbatan" hal-hazırda ikinci pillədə qərarlaşır. Sözsüz ki, Birinci divizonla Premyer Liqa arasında fərq var. Amma bu heç də bizim asanlıqla məğlub olacağımız anlamına gəlməsin. Məncə, "Neftçi" ilə oyunda daha güclü olan və istəkli olan da qalib olacaq. İstərdim ki, rəqib bizə yuxarıdan aşağı baxmasın. Çünki, komandamız heç də zəif rəqiblərdən deyil".

Cavid ƏHMƏDOĞLU



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail