"İkinci qolda hakim səhv qərar verdi"- Qurbanov
“Qarabğ”ın futbolçusu İlqar Qurbanov müsahibəsində Premyer Liqamızın son turunda məğlub olduqları “Neftçi” ilə oyundan və qarşıdan gələn önəmli matçlarından danışıb
- Premyer Liqamızda son matçınızı “Neftçi”yə qarşı keçirdiniz. “Ağ-qaralar” son zamanlar heç nə ilə yadda qalmasa da, liderin çox irəliləməsinə mane oldu. Rəqib çox çətinlik yaratdı sizə?
- “Neftçi” bu mövsüm uğursuzluq zolağına düşsə də, pis komanda deyil. Oyun həqiqətən çox ağır keçdi. Sözün açığı, bilmirəm nəyə görə matç başlayandan oyunumuz alınmırdı. İkinci hissədə də özümüzü toparlamaq çətin oldu. Ümumi götürəndə yaxşı oynadıq. Qələbə qazanmaq üçün hər bir futbolçumuz meydanda vururşurdu.
- Bəs qələbə üçün nə çatmadı?
- Biz çalışdıq, amma alınmadı.
- Bəlkə, meydan sahibləri əzəli rəqibinə qarşı daha yaxşı hazırlaşmışdılar?
- “Neftçi” hazırda gənc futbolçulardan təşkil olunub. Ona görə də meydanda istəkli görünürdülər. Əslində oyunda üstün tərəf biz idik. Qol vurmq üçün imkanlarımız çox oldu. Sadəcə, istifadə edə bilmədik. Əvəzində isə rəqib əlinə düşən yeganə vürsətdən yararlandı.
- İki qol vursan da yan xətt hakimi hər iki epizodda bayrağını qaldırdı.
- İlk vurduğum qolda gecikmişdim. Müzakirəsiz oyundan kənar vəziyyətdə idim. Amma ikinci qolda məncə, referi yalnış qərar verdi. Çünki topa vurmaq üçün çox arxadan gəlmişdim.
- Ümumiyyətlə, hakimlərdən razı qaldınız?
- Hakimlər səhv edə bilərlər. Amma inanmıram ki, bizə qarşı qərəzli olsunlar. Çünki Ömər Paşayev çox yaxşı hakimdir. Mən onun idarəçiliyinə güvənirəm.
- Bəzi aparıcı futbolçularınızın yoxluğu “Nefçi”ilə oyunda özünü göstərdi?
- Komandamız Avropa Liqasındakı oyunlardan sonra adətən dəyişik heyətlə meydana çıxır. Demek olar ki, bütün futbolçular meydanda bir-birini başa düşür. Ona görə də deməzdim ki, bəzi futbolçuların yoxluğu oyunumuza təsir etdi. Sadəcə, komandada yorğunluq var idi. Çünki “Tottenhem”lə çətin oyundan çıxmışdıq. Həmin matçın üstündən isə cəmi iki gün keçib. Elə ağır oyundan sonra iki gün istirahət az idi. Bəlkə də biraz vaxt keçsəydi, fərli nəticə olardı. Amma bunu da bəhanə etməməliyik.
- Etiraf edək ki, son oyunlarda Reynaldonun yoxluğu hiss olunur.
- Reynaldo əks hücumlarda komandaya çox yararlıdır. Düzünü etiraf etmək lazımdırsa, onun yoxluğu görsənir. Amma Pupon və Armenteros da yaxşı futbolçulardır. Onlar da “Qarbağ” üçün əllərindən gələni əsirgəmir.
- Dekabırın 2-si “Şəmkir”lə kubok oyununuz var. Bu görüş haqda nə düşünürsən?
- “Şəmkir” yaxşı komandadır. Son oyunlarını da izləmişəm. Heyəti istəkli gənc futbolçulardan təşkil olunub. Aqressiv futbol oynayırlar. Bilirik ki, asan oyun olmayacaq.
- Kubok oyunundan sonra Premyer Liqada “İnter”lə qarşılaşacaqsınız və ardınca çətin Belçika səfəri. Bu qədər sıx qrafiklə oyunlardan sonra “Anderlext”ə səfərdə qalib gəlmək mümkün olacaq?
- Təbii ki, asan olmayacaq. Belə sıx qrafiklə oynamaq bizə çətinlik yaradır. Əvvəlcə komandamız yaxı istirahət etməlidir. Əlimizdən gələni edəcəyik ki, səfərdən üç xalla qayıdıb qrupdan çıxaq. qol.az
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |