AFFA-dan hakimi təhqir edən baş məşqçiyə sərt cəza
İntizam Komitəsinin bu gün keçirilən iclasında bir sıra qərarlar qəbul olunub.
Stadium.az xəbər verir ki, iclasda I Divizion klubları da cəzalanıb: I Divizionun XI turunun “Neftçala” – “Şahdağ” matçının 36-cı dəqiqəsində azarkeşlərlə polis arasında münaqişə baş verdiyi üçün oyun 5 dəqiqə dayandırılıb. "Neftçala" klubunun cəzalı baş məşqçisi Kamal Quliyev oyunu tribunadan izlədiyi üçün münaqişəni sakitləşdirməyə cəhd edib və nəticəsində "Neftçala" klubunun futbolçuları meydançanı tərk edərək baş vermiş hadisəyə müdaxilə ediblər. Baş vermiş insident sakitləşdikdən sonra oyun bərpa olunub və sonadək oynanılıb. Yuxarıda göstərilənləri nəzərə alaraq İntizam Komitəsi aşağıdakı qərarları qəbul edir:
“Neftçala” klubu meydançanı özbaşına tərk etdyi üçün sonradan meydançaya qayıtmasına və oyuna davam etməsinə baxmayaraq 1000 manat cərimə olunur.
Meydan sahibi komanda stadionun təhlükəsizliyi lazımı səviyyədə təmin etmədiyi üçün klub 500 manat cərimə olunur.
I divizionun XI turunun “Şərurspor” – “Ağsu” matçının 56-cı dəqiqəsində “Ağsu” klubunun 1 №-li futbolçusu Davud Kərimi sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
Oyunun fasiləsi zamanı “Ağsu” klubunun məşqçisi Kənan Bayramov hakimi təhqir etdiyinə görə, 4 oyun cəzalanır klub 400 manat cərimə olunur.
I divizionun XI turunun “Bakılı” – “Mil-Muğan” matçında “Bakılı” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.
I divizionun XI turunun “Qaradağ Lökbatan” – “Şəmkir” matçının 60-cı dəqiqəsində “Şəmkir” klubunun 22 №-li futbolçusu Cavid Mirzəyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydançanı tərk etdiyi zaman hakimə qarşı fiziki təsir göstərdiyinə görə 5 oyun cəzalanır, klub 500 manat cərimə olunur.
I divizionun XI turunun MOİK – “Zaqatala” matçının 85-ci dəqiqəsində MOİK klubunun 6 №-li futbolçusu Rəşad Hacızadə sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |