Arif Əsədov: "Neftçi" Əsgər Abdullayevlə yola davam etməlidir"

01.12.2015 | 3013 dəfə oxunub

"Neftçi"nin sabiq baş məşqçisi Arif Əsədovun müsahibəsi

- "Xəzər Lənkəran"da nə baş verir? Sizcə, bu klub da indiki gedişlə tarixin yaddaşına qovuşa bilərmi?
- Hər şey klubun dağılmasına doğru gedir. Ümid edirəm ki, bu baş verməyəcək. Hər şeyə səbəb maliyyə problemidir. Maliyyə yoxdursa, klub da yoxdur. Aparıcı klublarımızın bir-birinin ardınca zəifləməsindən yaxşı heç nə gözləməyə dəyməz. "İnter" də hazırda bu yoldadır. Düzdür, bakılılar hazırda liderlər qrupundadırlar. Amma onların da ciddi maliyyə problemləri var. Vəziyyətdən ən asan çıxış yolu gənclərə şans verməkdir. "Xəzər Lənkəran"da da bunu görürük.

- Bu, yaxşıdır, ya pis?
- Müsbət tərəfləri də var, mənfi cəhətləri də. Yaxşısı ondan ibarətdir ki, gənc futbolçular özlərini göstərmək imkanı qazanacaqlar, Premyer Liqa həyəcanını hiss edəcəklər. Amma çempionatın səviyyəsi baxımından mənfi haldır. Biz yenə də futbolçularımızın ehtiyac üzündən xarici ölkə çempionatlarına üz tutduğu dövrlərə qayıdırıq.

- "Neftçi" Əsgər Abdullayevin rəhbərliyi altında "Xəzər Lənkəran" (2:0) və "Qarabağ"a (1:0) qarşı prinsipial oyunlardan qalib ayrıldı. Onun təyinatını nə dərəcədə düzgün hesab edirsiniz?
- Klub rəhbərliyi komandanı belə təcrübəli mütəxəssisə həvalə etməklə düzgün seçim etdi. Amma bu iki qələbə onların bütün problemlərinin geridə qaldığı anlamına gələ bilməz. Sadəcə, başlanğıc olaraq yaxşıdır. Abdullayev təcrübəli məşqçidir və belə vəziyyətdə nəyi necə etmək lazım olduğunu yaxşı bilir.

- Sizə elə gəlmir ki, "Neftçi" Samir Əliyevi daha tez təcrübəli məşqçi ilə əvəzləməliydi?
- Elə olsaydı nə baş verəcəyini demək çətindir. Əliyev gənc mütəxəssisdir və təcrübəsi bir qədər azdır. Amma onun böyük istəyi vardı və şübhəsiz ki, rəhbərlik də ondan çox şey gözləyirdi.

- Abdullayevi bu nəticələrdən sonra xarici məşqçi ilə əvəzləməyə dəyər?
- Bu, klubun daxili işidir. Amma kənardan baxsaq, nəticə verən məşqçi niyə işindən kənarlaşdırılmalıdırlar? Fikrimcə, onunla yola davam etmək lazımdır. Eyni zamanda ilin sonunadək nəyin necə olacağını indidən demək də çətindir.

- "Qarabağ" "Tottenhem"in ardından "Neftçi"yə də uduzdu. Bu, komandanın oyun planındakı böhranla bağlıdır, ya sıradan məğlubiyyətdir?
- Daha çox sonuncu variant inandırıcı görünür. Həm də nəzərə almaq lazımdır ki, komanda iki cəbhədə mübarizə aparır. Üstəlik, "Tottenhem"lə Avroliqa matçından sonra Premyer Liqa matçına köklənmək asan deyil. Burada rəqibin kim olmasının da əhəmiyyəti yoxdur. Komandada psixoloji yorğunluq vardı. Məsələn, "Neftçi"nin "Qarabağ"la müqayisədə qələbə qazanmaq istəyi daha çox idi.  azerisport.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail