Əliyar Ağayev: "Bu təyinat yoxlama xarakterlidir"

02.12.2015 | 2575 dəfə oxunub

Azərbaycanlı FİFA referisi Əliyev Ağayev Avropa Liqasının qrup mərhələsinin altıncı turu çərçivəsində Avstriya "Rapid"i ilə Belarus "Dinamo"su arasındakı oyuna təyinat alması münasibətilə sualları cavablandırıb.


- Bu təyinatınızla bağlı nə deyə bilərsiniz?
- Buna görə şadam. Mənim üçün böyük məsuliyyətdir. Karyeramda vacib məqamdır. Bunu çoxdan gözləyirdim. Bu görüş mənim üçün bir tramplin olmalıdır.

- Son ana kimi sizin Avropa və ya Çempionlar Liqasına təyinat alacağınız bəlli deyildi...
- Çətin ki, ikinci kateqoriyaya aid hakimi birbaşa ÇL-in oyununa təyin edərdilər. 99 faiz əmin idim ki, Avroliqa matçına təyinat alacağam.

- Artıq sizə həvalə olunan komandaların turnir cədvəlindəki vəziyyəti ilə tanış olmusunuz?
- Hər şeyin həll olunduğu bir qrupun oyununa təyinat alacağımı gözləyirdim. Çünki bu, məni yoxlamaq üçün bir təyinatdır. "Rapid" artıq qrupdan çıxmağı təmin edib. "Dinamo" isə qrupdan çıxmaq şansını itirib. Amma bu oyunun hər iki komanda üçün vacib əhəmiyyət daşıdığına əminəm. Mənim üçün fərqi yoxdur. Əsas bu görüşü necə idarə etməyimdir. UEFA Hakimlər Komitəsinin rəhbəri italiyalı Pyerluici Kollinadır. İdarə edəcəyimiz görüşün hakim-inspektorunun İtaliyadan olması da təəccüblü deyil. Bütün bunlar əlavə məsuliyyət deməkdir. İdarə edəcəyim oyuna nəzarət güclü olacaq.

- Bu təyinatdan sonra nə gözləmək olar?
- Gələn il birinci kateqoriyaya keçirilməyimi gözləyirəm. Növbəti il mənim karyeramda çox vacibdir. Qiymətləndirməm yaxşı olsa, qrup mərhələsinin oyunlarına təyinat ala bilərəm.

- Deməli, sizi daha bu mövsüm avrokubokların pley-off oyunlarında görməyəcəyik?
- İnanmıram ki, ikinci kateqoriyadan olan hakimə belə təyinat versinlər.

- Bu təyinat Azərbaycan futbolu üçün necə qiymətləndirərdiniz?
- Bu təyinatı şişirtməyin tərəfdarı deyiləm. Bizim dünya çempionatlarında, olimpiya oyunlarında idarəçilik edən hakimlərimiz olub. Biz daha artığına nail olmağa çalışmalıyıq. Bu, əvvəllər nail olduqlarımızla müqayisədə elə də böyük uğur deyil.

- 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatına təyinat almaq kimi hədəfiniz var?
- İstəyərdim. Amma bunun üçün vaxtım azdır. Buna görə elit kateqoriyada yer almağım lazımdır. Həmin kateqoriyada 29 hakim yer alır, onların da 7-8-i Avropadandır. Elit kateqoriyada yer almağı 2-3 ildən sonraya planlaşdırıram. azerisport.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail