“Qəbələ"yə faydalı olmaq niyyətilə gəlmişəm"

04.12.2015 | 2737 dəfə oxunub

“Qəbələ"yə  faydalı olmaq niyyətilə gəlmişəm. Niyyətim indi də belədir. Az oynamağıma gəlincə, bu, futbol həyatıdır. Məndən nə asılıdırsa, edirəm. Bundan sonra necə olacağını zaman göstərəcək”.
Stadium.az xəbər verir ki, bu fikirləri “Qəbələ İK”ya  açıqlamasında “Qəbələ”nin futbolçusu  Vaqif Cavadov deyib.

26 yaşlı hücumçu ölkə kubokunadək əsas komandanın heyətinə 4 oyun keçirib. Bunlardan 3-ü Azərbaycan Premyer Liqasında, 1-i Avropa Liqasında olub. PAOK-la matçın 77-ci dəqiqəsində meydançaya çıxan Vaqif təkcə “Qəbələ”də yox, həm də karyerasında ilk dəfə Avropa Liqasının qrup mərhələsində çıxış etdi.

Salonikidə oyunun son saniyələrində qələbə topunu vurmaq şansı olan Vaqif həmin epizodu belə xatırlayıb: “Həmin epizodda ətrafımda olan komanda yoldaşlarımı gördüm. Sadəcə, oyunun son dəqiqəsi idi və məsuliyyəti üzərimə götürüb topu qapıya tərəf vurdum. Düşündüm ki, topu itirməkdənsə, belə etmək daha yaxşıdır.

Növbəti mərhələyə çıxmaq şansımız qalmasa da, qələbə qazanmaq istəyirdik. Ancaq qol imkanlarından istifadə edə bilməməyimiz öz sözünü dedi. Qrupda ilk qələbəmizi son turda “Krasnodar”la ev oyununda qazanmağa çalışacağıq”.

Komandamızda ilk vaxtlar oyun təcrübəsini əvəzedici heyətdə artıran Vaqif hazırkı durumunu belə dəyərləndirib: “Taleyimdən narazı deyiləm. İnanıram ki, komandaya faydam dəyəcək. Ehtiyatda çox qalmağım baş məşqçinin qərarıyla bağlıdır. Heyəti o müəyyənləşdirir. Az oynamaq futbolçuda bəzən ruh düşkünlüyü yaradır. Məndə isə ruh düşkünlüyü yoxdur. Hər zaman öz üzərimdə işləyirəm ki, meydançaya çıxanda hazır olum”.

Cavadov "Qəbələ"nin Aərbaycan  Premyer Liqasında son oyunlarında xal itirməsinə də münasibət bildirib: “Son oyunların hamısında qalib gəlməli idik. Demək olar, tək qapıya oynayırıq. Fəqət, son nöqtəni qoya bilmirik. Bu kimi amillər psixoloji cəhətdən gərginlik yarada bilər. Amma komandada ab-hava yaxşıdır və nəyisə bəhanə etməyə əsas yoxdur. Baş məşqçi bizə güvənir və ruhdan düşməməyi tövsiyə edir. Biz isə nəticə almağı qarşıya məqsəd qoyan peşəkar klubuq. "Qəbələ"də çempion olmaq hər bir futbolçunun, o cümlədən mənim də arzumdur. İnanırıq ki, itirilən xalların yerini qarşıdakı oyunlarda qələbə qazanmaqla doldura biləyəcik”.

Qeyd edək ki, Vaqif "Qəbələ"də ölkə kubokunda debütünü qolla qeyd edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail