"Qəbələ"nin futbolçusu 100-ü keçdi

04.12.2015 | 2326 dəfə oxunub

Samir Zərgərov “Qəbələ”nin tarixində 100 oyun səddini keçən 4-cü futbolçu olub.

Stadium.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi üçün bu əlamətdar olay diqqətdən kənarda qalmayıb. Belə ki, Samirin bu əlamətdar göstəricisi “Rəvan”la oyundan öncə stadionda elan olunub və “Qəbələ”nin baş meneceri Zaur Əzizov arxasında 100 yazılmış formanı 29 yaşlı futbolçuya təqdim edib.

Zərgərovun göstəricisinə daha öncə braziliyalı Luis Hilario Dodo, seneqallı Viktor Mendi və Ürfan Abbasov nail olmuşdu. Sadəcə, Samir bu 3 futbolçudan fərqli olaraq komandada əvvəllər də çıxış edib. Bu, 2006-09-cu illərə təsadüf edib. Zərgərov “qırmızı-qaralar” güclülər dəstəsində keçirdiyi ilk 3 mövsümdə komandanın şərəfini qoruyub. Ürfan, Dodo və Mendi isə 2011-ci ildə “Qəbələ”yə gəliblər. Sonuncu isə ötən mövsüm komanda ilə yollarını ayırıb.

“Qırmızı-qara” formada 100-cü oyununa Avropa Liqasının qrup mərhələsində Dortmundda “Borussiya”yla matçda çıxan Samirin hesabında artıq 105 matç var. O, bunun çoxunu - 81-ni Premyer Liqada keçirib. Zərgərov komandanın heyətində avrokuboklarda bu mövsüm debüt edib və Avropa Liqasında 8 matçda meydana çıxıb. Qalan 16 oyun isə Azərbaycan kubokuna təsadüf edir ki, Zərgərov bu turnirdə matç sayına görə “Qəbələ”də rekordçudur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail