Mehman Allahverdiyev: "Komanda tam tərkibdə olmasa da..."

06.10.2011 | 4369 dəfə oxunub

Beş günlük fasilədən sonra Gəncənin "Kəpəz" klubu məşqlərə start verib. Bu barədə məlumatı PFL-ə komandanın baş məşqçisi Mehman Allahverdiyev verib. Onun sözlərinə görə, qarşıda komandanı bir neçə vacib və çətin oyunlar gözləyir.

“İndi bütün fikrimizi “Qəbələ” ilə oyuna yönəltmişik. Meydana üç xal üçün çıxacağıq. Komanda tam tərkibdə olmasa da, futbolçularımızın əksəriyyəti artıq məşqlərə başlayıb. “Sumqayit Şəhər”lə oyunu bütün komanda ilə müzakirə edəcəyik. Səhvlərimiz və catışmayan cəhətlər barədə danışacağıq” deyə “Kəpəz”in təcrübəli baş məşqçisi əlavə edib.

M.Allahverdiyev hələ də komandasında zədəli oyunçuların olduğunu bildirib:

“Elşən Poladovun və Nikolay Svejentsevin müalicəsi davam edir. Armando Feutçine də sonuncu oyunda zədə alıb. Buna baxmayaraq, “Qəbələ” ilə oyuna komanda var gücü ilə hazırlaşacaq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail