Zlatinov: "Azərbaycan klubları Avropada öz sözünü deməlidir"

"İnter"in legioneri müsahibə verib

07.10.2011 | 4968 dəfə oxunub

"İnter"in bolqar yarımmüdafiəçisi Petar Zlatinov agligoylu.tk azarkeş saytına müsahibə verib.

Stadium.az həmin müsahibəni təqdim edir:

- Son turda Xəzərlə oyunda qalib gəldiniz. Bu oyun barədə nə deyə bilərsən?
- Oyundan öncə bütün komanda ancaq qalibiyyətə köklənmişdi. Ondan öncə gözlənilmədən xal itirmişdik. Bu oyunda isə xal itirmək bizi liderdən daha da uzaqlaşdıracaq, ən ağırı isə altılıqdan kənarda qoyacaqdı. Bunu çox yaxşı anlayırdıq. Amma oyun bizim üstünlüyümüzlə keçdi. Nizami gözəl qol vurdu və 3 xalı hesabımıza yazdıq.

- Komanda artıq zamanla öz tempini turur və gözlənilən oyunu sərgiləyir, lakin qol vurmaqda çətinlik çəkir.
- Düzdür, qol epizodumuz çox olur, amma bunu reallaşdırmaqda bir az çətinlik çəkirir. Amma düşünmürəm ki, bu, belə davam edəcək. Hər şey yaxşı olacaq. Hələ çempionat indi sürət yığır.

- Qarşıda sizi "Neftçi"ilə oyun gözləyir. Bu oyun haqda nə deyərdin?
- Rəqib güclü komandadır. Ən azı, "Xəzər Lənkəran"la oyunu onlara qarşı da göstərə bilsək, düşünürəm ki, qalib tərəf biz olacağıq və buna borcluyuq.

- Səncə, bu il "İnter" Avropa Liqasına vəsiqə qazana biləcək?
- Bu sezon nəyin bahasına olur-olsun, Avropa Liqasına qatılmalıyıq. Başqa cür ola da bilməz, çünki "İnter" avropada oynamağa layiqdir və təcrübəsi də var. Artıq zamanı çatıb ki, Azərbaycan klubları Avropada öz sözünü desin.İnşallah, bu, biz olarıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail