UEFA-dan Qurban Qurbanova təşəkkür- FOTO

07.12.2015 | 2482 dəfə oxunub

UEFA Azərbaycan Premyer Liqasının 7-ci turunda keçirilən "İnter" - "Qarabağ" (0:2) matçında baş verən feyr-pley nümunəsinə görə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanova məktub ünvanlayıb.

Bu barədə klubun mətbuat katibi Nurlan İbrahimov məlumat verib.

Klub rəsmisinin sözlərinə görə, qitə futbol qurumu məktubda Qurbanova futbolçu Elvin Məmmədova mübahisəli penalti zərbəsini kənara vurmaq tapşırığını verməsinə görə təşəkkürünü bildirib.

Həmçinin qeyd olunub ki, baş məşqçi və futbolçunun belə hərəkət etməsi fair-pley qaydalarının pozulmamasına sübutdur. Belə hərəkətin alqışalayiq olduğunu bildirən qurum "Qarabağ"a uğurlar arzulayıb.

Xatırladaq ki, "İnter" - "Qarabağ" matçının son dəqiqələrində meydan sahiblərinin qapıçısı Georgi Lomaya cərimə meydanında rəqib futbolçu Reynaldoya qarşı kobud oynayıb. Bu zaman görüşün baş hakimi Elvin Əsgərov "İnter"in qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Lakin Qurban Qurbanov penalti zərbəsini yerinə yetirməyə hazırlaşan futbolçusu Elvin Məmmədovun topu kənara vurmasını istəyib. E.Məmmədov da Qurbanovun bu istəyini yerinə yetirərək topu kənara vurub. Oyun isə 2:0 hesabı ilə Ağdam təmsilçisinin xeyrinə başa çatıb. Qol.Az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail