Rəşad Abdullayevin yubiley oyunu

08.12.2015 | 2705 dəfə oxunub

"Zirə"nin futbolçusu Rəşad Abdullayev Azərbaycan çempionatlarında 350-ci matçını keçirib.
 

Stadium.az xəbər verir ki, onun yubiley oyunu Azərbaycan Premyer Liqasının XV turunun “Neftçi” ilə qarşılaşmasına təsadüf edib. 


Matçın gedişində oyuna daxil olan yarımmüdafiəçi Azərbaycan çempionatlarının 23 illik tarixinə 350 və daha çox qarşılaşmada iştirak edən 6-cı futbolçu kimi düşüb. Belə ki, onadək yalnız 5 oyunçu buna nail olub. Bu göstəricidə mütləq rekord isə Mahmud Qurbanova məxsusdur – 421 oyun.

Ölkə çempionatında 1999/2000 mövsümündə debüt edən Abdullayev karyerası ərzində “Xəzər Universiteti”, “Xəzər Lənkəran”, “Neftçi”, “Qəbələ”, “Rəvan”, AZAL və “Zirə”də çıxış edib. O, 350 matçda 54 qol vurub.

Qeyd edək ki, 16-cı mövsümünü keçirən yarımmüdafiəçi “Xəzər Lənkəran”da bir (2006/07), “Neftçi”də iki dəfə (2010/11,2011/12) çempion tituluna yiyələnib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail