Qurban Qurbanov: "Biz qalibiyyət haqda düşünürük"

08.12.2015 | 2574 dəfə oxunub

"Ümidsiz deyilik. Rəqib güclü olsa da, biz qalibiyyət haqda düşünürük".

 

Stadium.az xəbər verir ki, bunu "Report"a açıqlamasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasında Belçika "Anderlext"i ilə keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin VI tur matçı ilə bağlı Brüsselə səfər ərəfəsində deyib. 

43 yaşlı mütəxəssis yalnız müdafiəçi Ansi Aqollinin zədə üzündən meydana çıxa bilməyəcəyini açıqlayıb. Onun sözlərinə görə, digər futbolçuların oynamasında problem yoxdur. Q.Qurbanov səfərdə oynamalarına baxmayaraq, "Qarabağ"ın öz oyun üslubuna sadiq qalacağını vurğulayıb.

Qeyd edək ki, "Anderlext" - "Qarabağ" matçı dekabrın 10-da yerli vaxtla saat 21:05-də (Bakı vaxtı ilə 11 dekabr saat 00:05-də) başlanacaq. J qrupunda 2-ci pilləyə yüksələrək, 1/16 finala yüksəlməkdən ötrü Azərbaycan təmsilçisi mütləq qalib gəlməli və "Tottenhem" İngiltərədə Fransa "Monako"su ilə qarşılaşmada xal itirməməlidir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail