"Qəbələ"dən 11 qələbə

09.12.2015 | 2117 dəfə oxunub

“Qəbələ” Futbol Akademiyasının komandaları AFFA-nın yeniyetmə futbolçular arasında təşkil etdiyi liqalarda növbəti oyunlarını keçirib.
 
Stadium.az xəbər verir ki, əyalət təmsilçisinin komandaları müxtəlif yaş qruplarında 12 qarşılaşmada qüvvəsini sınayıb. Bu matçların yalnız birində uduzan "qırmızı-qaralar" 11 qələbə qazanıb. 
 
U-19 komandası evdə “Xəzər Lənkəran”ı 3:1 hesabı ilə məğlub edib. Bu qələbədən sonra xal hesabını 22-yə çatdıran “qırmızı-qaralar” liderliyi ələ alıb. Komanda X turda “İnter”in qonağı olacaq. U-17 səfərdə “Turan” İB-i 4:2, evdə “Xəzər Lənkəran”ı 3:1 hesabı ilə məğlub edib. 10 turdan sonra 27 xalla yarışın vahid lideri olan “Qəbələ” növbəti turda “Zirə”nin qonağı olacaq. U-16 öz meydanında “Vətən”i 4 cavabsız qolla məğlub edib. 9 matçda 27 xal toplayan “Qəbələ” çempionatın lideridir.
Bölgə təmsilçisi növbəti turda AZAL-ın qonağı olacaq. Ardıcıl 13-cü qələbəsini qazanan U-15 səfərdə “Vətən”i minimal hesabla məğlub edib – 1:0. Bir oyun az keçirən “qırmızı-qaralar” 14 turdan sonra 39 xalla yarışın lideridir. “Qəbələ” növbəti oyununda “Bakı”nı qəbul edəcək.
 
Paytaxt regionunun Bakı zonasında çıxış edən U-14 “Bakı”nı 2, “Vətən RİOEUG”u 4 cavabsız qolla məğlub edib. “Qırmızı-qaralar” 10 oyundan sonra 23 xalla 2-ci pillədə qərarlaşıb. Komanda növbəti turda “Zirə” ilə görüşəcək. Eyni zonada çıxış edən U-13 “Vətən RİOEUG”a 2:0 hesabı ilə qalib gəlib. 9 oyunda 18 xal yığan komanda 4-cü pillədə qərarlaşıb. XI turda “Qəbələ” “Neftçi” İK İB ilə üz-üzə gələcək.
 
U-12, U-11 və U-10 komandalarının çıxış etdiyi Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında VIII turun oyunları keçirilib. Şəki UGİM-i ilə qarşılaşan U-12 12:0 hesabı ilə qalib gəlib. “Qırmızı-qaralar” 7 oyunda 19 xal toplayaraq 1-ci yerdə qərarlaşıb. U-11 Liqasında 7-ci qələbəsini qazanan “Qəbələ” bu dəfə Yevlax UGİM-ini 22 cavabsız qolla keçib. Komanda 21 xalla çempionatının lideridir. Klubun U-10 komandası Yevlax UGİM-ini 7:0 hesabı ilə məğlub edib. 8 matçda 24 xal qazanan “qırmızı-qaralar” yarışın lideridir. U-19 Qızlar Liqasında çıxış edən “Qəbələ” 7-ci oyununda “Fidan”a məğlub olub – 0:2. 7 matçda 7 xal toplayan komanda 4-cü pillədə qərarlaşıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail