Mansurov: "O zaman özümüzə inam daha da artdı"

Millimizin üzvü qələbə barədə danışdı

07.10.2011 | 6059 dəfə oxunub

Məlum olduğu kimi, Azərbaycanın U-19 komandası Avropa çempionatının seçmə oyunlarında iştirak etmək üçün İsveçdədir.

Dünən ilk matçında milli komandamız turnir sahiblərilə görüşüb və 0:1 hesabıyla qalib gəlib. Stadium.az xəbər verir ki, həmin matçın qəhrəmanlarından biri- Azərbaycan U-19 komandasının və "İnter"in futbolçusu Ramil Mansurov qarşılaşma barədə fikirlərini bölüşüb:

"Oyun çox ağır keçdi, mən bütün matçı sağ yarımmüdafiəçi mövqeyində keçirdim. Qeyd edim ki, isveçlilər fiziki planda çox güclüdürlər, bundan başqa, skandinaviyalıların əlavə üstünlükləri onların evdə oynamalarında və azarkeşlərinin çılğın dəstəkləmələrindəydi. Biz qol vura da, buraxa da bilərdik. Matçın sonunda hesabı açmaq bizə müəssər oldu və o zaman özümüzə inam daha da artdı.

Uşaqlar böyük fədakarlıq nümayiş etdirdilər, futbolçularımız hər top uğrunda mübariz apardılar və sonadək oynadılar. Çox şadam ki, çıxışımıza qələbəylə başlamağı bacardıq. Ümid edirəm ki, növbəti matçlar da bizim üçün uğurlu olacaq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail