"Xəzər Lənkəran"da unudulmaz günlərim olub"- Alan Lalin

10.12.2015 | 3412 dəfə oxunub

2009-2011-ci illərdə "Xəzər Lənkəran"da çıxış etmiş honduraslı hücumçu Alan Lalinin müsahibəsi


- Hazırda Honduras çempionatında çıxış edirsiniz. "Platense"dəki işləriniz necə gedir?
- Optimal formamı bərpa etməyə çalışıram. Ona görə də bu klubun dəvətini qəbul etdim. Komandanın lideri olmağımı təklif etdilər. Hər şey normaldır.

- Azərbaycan futbolu ilə maraqlanırsınız?
- Əlbəttə. Bilirəm ki, "Qarabağ"la "Qəbələ" Azərbaycanı Avropa Liqasında təmsil edir. Düzünü deyim ki, bu komandaların uğurlu çıxışı məni də çox sevindirir. Çünki vaxtilə Azərbaycan çempionatında çıxış etmişəm. Buna görə bu ölkə mənə doğmadır.

- "Xəzər Lənkəran"dakı günlərinizi xatırlayırsınız?
- Orada hər şey çox gözəl idi. Bu komandada unudulmaz günlərim olub. Eyni zamanda "Xəzər Lənkəran"da çıxış etməklə böyük təcrübə toplamış oldum.

- "Xəzər Lənkəran"dakı hansı oyun sizin üçün daha yaddaqalan olub?
- "Xəzər Lənkəran"dakı hər bir oyun mənim üçün unudulmazdır. Amma hamısından çox "Qəbələ"yə qarşı keçirdiyimiz oyun yaddaqalandır. Lənkəranda oynayırdıq. Həmin görüş yəqin ki, karyeramın ən yaxşı oyunlarından biri idi. Səhv etmirəmsə, 2010-cu ildə idi. O vaxt biz 4:1 hesabıyla qalib gəldik.

- Xəbəriniz var ki, keçmiş klubunuz indi ciddi problemlərlə üz-üzədir?
- Bəli, xəbərim var və bundan çox məyusam. "Xəzər Lənkəran" mənim üçün həmişə doğma klub olaraq qalır. "Xəzər Lənkəran"ın azarkeşləri buna layiq deyil. Onlar komandanın uğurlarına sevinməyə layiqdirlər. Fikrimcə, kluba yeni prezident gələr və komandaya kömək edər.

- Azərbaycandan getdikdən sonra sizə buradan təklif göndərən olmayıb?
- Xeyr. Təklif gəlsə, qəbul edərdim. 34 yaşım var, amma hələ də futbol oynamaq istəyirəm.

- Keçmiş komanda yoldaşlarınızdan kiminləsə əlaqəniz var?
- Bəli. Mario Souza, Junior Martinslə danışıram. Onlarla məhz "Xəzər Lənkəran"da çıxış edərkən tanış olmuşdum.

- "Xəzər Lənkəran" azarkeşlərinə hansısa sözünüz var?
- Azarkeşlərə məni o dövrlərdə həmişə dəstəklədikləri üçün təşəkkürümü bildirirəm. Ümid edirəm ki, bu klub yenidən çempionluq uğrunda mübarizəyə qoşulacaq. azerisport.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail