"Nəyin bahasına olur-olsun, qələbə qazanmalıyıq"

10.12.2015 | 2675 dəfə oxunub

"Bütün oyunlarımız çətin keçir, yəqin ki, "Rəvan”la görüşümüz də belə olacaq. Rəqib yeni baş məşqçi gələndən sonra yaxşı nəticələr göstərir. Ona görə də gərgin oyun olacaq”.


Stadium.az xəbər verir ki, bu sözləri "Kəpəz”in futbolçusu Ceyhun Cavadov deyib. Futbolçu Premyer Liqanın XIV turunda keçiriləcək "Rəvan”la oyun öncəsi fikirlərini klubun saytına bildirib: "Matçın əhəmiyyətini yaxşı başa düşürük və ciddi yanaşırıq. Nəyin bahasına olur-olsun, qələbə qazanmalıyıq. Vaxt az olsa da, oyuna yaxşı hazırlaşmışıq. "Rəvan”ın turnir cədvəlindəki yeri gərək bizi aldatmasın. Yaxşı yerli futbolçuları var. Qitə miqyaslı turnirdə oynamaq istəyiriksə, mütləq qış fasiləsinə kimi bütün oyunları udmalıyıq”.


Gənc yarımmüdafiəçi "Kəpəz”də icarə əsasında çıxış edir. Cavadov cari mövsümün əvvəlində "Rəvan”dan bir illik icarəyə götürülüb. Qarşıdakı görüşdə baş məşqçi Şahin Diniyev şans verəcəyi təqdirdə futbolçu müqavilə ilə məxsus olduğu kluba qarşı oynayacaq. Yeri gəlmişkən, ilk dövrədə keçirilən və "sarı-göylər”in qələbəsi ilə nəticələnən matçda Ceyhun oynamaq imkanı qazanmışdı: "Əlbəttə, şans gözləyirəm. Şahin müəllim nə vaxt məni meydana buraxmağın lazım olduğunu bilir. Oynamağa hazıram, belə imkan qazansam, əlimdən gələni edəcəyəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail