Şahin Diniyev: "Bütün diqqəti çempionat oyunlarına yönəltmişik"

11.12.2015 | 2444 dəfə oxunub

Dekabrın 11-də Topaz Premyer Liqasının XVI turunda “Kəpəz” Gəncə şəhər stadionunda “Rəvan”la üz-üzə gələcək. “Sarı-göylər” qarşıdakı matçın hazırlığını bu gün keçirilən son məşqlə tamamlayıblar.
 
Stadium.az xəbər verir ki, oyunun keçiriləcəyi arenada baş tutan hazırlıq prosesi mətbuat və azarkeşlər üçün açıq olub. Məşq 45 dəqiqə sürüb.  
 
Məşqin sonunda baş məşqçi Şahin Diniyev oyunla bağlı jurnalistlərin suallarını cavablandırıb: “Kubokda mübarizəni dayandırdıqdan sonra bütün diqqəti çempionat oyunlarına yönəltmişik. Premyer Liqaya tam ciddi yanaşmalı, xal itkisinə az yol verməliyik. “Rəvan” ciddi rəqibdir. Son oyunlarda göstərdiyi nəticələr bunu deməyə əsas verir. Maksimum nəticə üçün meydana çıxacağıq. Liderlərlə xal fərqini minimuma endirmək istəyirik. Bu səbəbdən bizim üçün vacib oyundur. Təəssüf ki, yenə itkimiz var. Şəhriyar Əliyev “Sumqayıt”la oyunda zədə aldığından qarşıdakı matçda bizə kömək edə bilməyəcək. Sevindirici odur ki, Tural Nərimanov zədəsini sağaldıb, Rəşad Eyyubovun isə cəzası qurtarıb. Amma deməzdim ki, onlar 100 faiz oyuna hazırdırlar”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail