Rahid "Qəbələ" və "Qarabağ" "yox" deyib, xorvat klubu ilə danışığa başladı

11.12.2015 | 3541 dəfə oxunub

Mövsümlərarası fasilədə "Xəzər Lənkəran"dan ayrılacağı dəqiqləşən Rahid Əmirquliyev yeni klubla danışıqlara başlayıb.

Stadium.az-ın əldə etdiyi xəbərə görə, Əmirquliyev nə "Qəbələ", nə də "Qarabağ"da çıxış etməyəcək. Hər iki klub hələ keçən ildən Rahid üçün mübarizəyə qalxsa da, onların arzusu dekabrda da reallaşmayacaq. Futbolçu hər iki klubun təklifini rədd edib. Belə ki, Rahid Xorvatiyanın "Riyeka" komandasında çıxış etməkdə maraqlıdı. "Riyeka"nın baş məşqçisinin şəxsən bəyəndiyi Rahidi xorvat klubunun rəhbərliyi də almaqda maraqlıdı. Nəzərə alsaq ki, cənubluların kapitanına görə "Xəzər Lənkəran" xorvat klubundan pul tələb etməyəcək, o zaman bu keçidin tezliklə reallaşacağı gözlənilir.

Qeyd edək ki, Rahid Əmirquliyevin transfer vərəqi özündədir və o, hər an istədiyi klubla müqavilə imzalaya biləcək.

Cavid ƏHMƏDOĞLU



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail