“Prosineçki “Riyeka” rəhbərliyinə Rahidlə bağlı yaxşı sözlər deyib”

11.12.2015 | 3102 dəfə oxunub

2012/2013 mövsümündə “Xəzər Lənkəran”ın formasını geyinmiş xorvatiyalı yarımmüdafiəçi Robert Alvizin müsahibəsi

 

- “Xəzər Lənkəran”dan ayrılandan sonra karyeranızda nə kimi yeniliklər baş verib?

- Azərbaycanı tərk etdikdən sonra bir neçə komandada forma geyindim. Son olaraq, Sinqapur klubu “Tampines Rovers”in şərəfini qorudum. Bu, Sinqapurun ən yaxşı komandası sayılır. Ötən il isə bu ölkənin başqa bir klubu – “Brunay”dan çıxış edirdim. Yeri gəlmişkən, bu il onlar çempionatın qızıl medallarına sahib çıxdılar. Maraqlıdı ki, ardıcıl 2 mövsümdə Sinqapur çempionatının ikincisi oldum. Hazırda Xorvatiyadayam. Sinqapurda çempionat başa çatdığından, 2 həftə qabaq ölkəmə qayıtdım. Üstəlik, “Tampines Rovers”lə müqaviləm başa çatdı. Hazırda azad agent statusu daşıyıram.

 

- Hər hansı bir klubdan təklif almısızmı?

- Maraqlananlar var. Amma hələ qərarımı verməmişəm. Əgər ciddi təklif olsa, dəyərləndirməyə hazıram. İndiki məqamda konkret bir şey yoxdu. Buna görə də, qərar verməklə tələsmək istəmirəm. Bir az gözləmək lazımdı.

 

- Azərbaycana qayıtmaq variantınız varmı? Bizim klublardan kimsə sizinlə əlaqəyə keçib?

- Hələlik, konkret bir söz deyə bilmərəm. Amma danışıq olub. Sadəcə, həmin komandanın, mənimlə maraqlanan şəxsin adını açıqlamaq istəmirəm. Əgər real təklif olsa, Azərbaycana dönmək istərəm. Mən ciddi insanam, işimə də ciddiyyətlə yanaşıram. Konkret olmayan bir şey haqda danışmağı xoşlamıram.

 

- Yenidən “Xəzər Lənkəran”ın formasını geyinmək istərdizmi?

- Elə bir fikrim var. Yenidən “Xəzər Lənkəran”ın formasını geyinmək mənim üçün xoş olardı. Çünki orda oynayanda özümü çox yaxşı hiss edirdim. Ailəm üçün də Azərbaycanda yaşamaq rahat idi. Lənkəranda futbolu çox sevirlər. Əgər təklif olsa, razılaşaram.

 

- “Xəzər Lənkəran”da maddi vəziyyətin əvvəlki kimi olmadığından xəbəriniz varmı?

- İnternet vasitəsilə “Xəzər Lənkəran” haqda məlumatları oxuyuram. İnanıram ki, hər şey yaxşı olacaq. Həyatda nəyin necə olacağını heç kim bilmir. Bu gün dünyada maddi böhran hökm sürür. Sabah necə olacağını isə heç kim deyə bilməz. Çalışıb, həmin vəziyyətdən çıxmaq lazımdı.

 

- Sabiq komandanızın cari mövsümdəki çıxışı barədə necə, məlumatlısızmı?

- Bəli. Oyunlarına tez-tez baxıram. Bilirəm ki, hazırda komandada gənclər çoxluq təşkil edirlər. Son 3-4 görüşlərini internet vasitəsilə izlədim. Buna əsasən deyə bilərəm ki, “Xəzər Lənkəran”ın gəncləri özlərini yaxşı tərəfdən göstərirlər. “Qəbələ” ilə oyunlarında “Xəzər Lənkəran”ın lehinə 2 penalti verilməli idi. Amma hər iki epizodda hakim susdu.

 

- Təklif gələcəyi halda, gənclərlə birgə oynamağa və “Xəzər Lənkəran”a kömək etməyə razılaşacaqsızmı?

- Niyə də yox? Konkret təklif olsa, “Xəzər Lənkəran”a qayıtmağa hazıram. Gənclərlə birgə çıxış etmək mənə çətin olmaz.  

 

- Keçmiş komanda yoldaşınız, “Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyev “Riyeka” klubunun transfer gündəmində yer alıb. Bu barədə nəsə eşitmisizmi?

- Bəli, eşitmişəm. “Riyeka”da dostlarım var və onlarla tez-tez danışırıq. Rahid barədə məndən soruşublar, onunla maraqlandıqlarından xəbərim var. Danışdıq, gördüm ki, bu məsələyə ciddi yanaşırlar. Millinizin baş məşqçisi Robert Prosineçki də “Riyeka” rəhbərliyinə Rahidlə bağlı yaxşı sözlər deyib. Ümumiyyətlə, son 1 ildə Rahidi Azərbaycanın ən güclü futbolçusu sayıram.

 

- Necə düşünürsüz, Əmirquliyev Xorvatiya çempionatında da özünü göstərə bilərmi?

- Məncə, göstərə bilər. O, “Xəzər Lənkəran”ın heyətində 300-dən çox oyun keçirib. Yaşı çox deyil. Millinin də aparıcı üzvlərindən biridi. Bir sözlə, komandanı, çıxış etdiyi çempionatı dəyişmək, başqa ölkəyə köçmək Rahidə problem yaratmaz. Belə məsələlərdə hər şey insanın özündən asılıdı. Əgər özü legioner həyatı yaşamaq istəsə, bu reallaşacaq. Mənim köməyim lazım olsa, Rahidə yardım etməyə hazıram. apasport.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail