"Neftçi" Emil Mpenzaya 800 000 dollar ödəyəcək

12.12.2015 | 2754 dəfə oxunub

Xəbər verdiyimiz kimi, 2010-cu ildə İsveçrənin “Sion” klubundan “Neftçi” PFK-ya transfer olunmuş və 2012-ci ilin qış fasiləsi dövründə klubun düşərgəsindən ayrılan Emil Mpenza barəsində FİFA-nın çıxardığı qərar qüvvədə saxlanılıb.

Stadium.az xəbər verir ki, Mpenzanın klubun düşərgəsini özbaşına tərk etməsini əsas gətirərək, 21.02.2012-ci il tarixdə futbolçu ilə imzalanmış müqaviləyə “Neftçi” PFK tərəfindən birtərəfli qaydada xitam verilmişdi.

13.03.2012-ci il tarixdə isə “Neftçi” PFK tərəfindən FİFA qarşısında futbolçunun klubu tərk etməsi ilə bağlı rəsmi iddia qaldırılmışdı. Mpenza da öz növbəsində FİFA qarşısında əks iddia qaldıraraq “Neftçi”dən təzminat tələb etmişdi. 3 il müddətində davam edən araşdırmaların nəticəsi olaraq 21.01.2015-ci il tarixdə FİFA futbolçunun şikayətinə baxaraq onun xeyrinə qərar çıxarmışdı.

Bu qərarla əlaqədar olaraq 15.07.2015-ci il tarixdə “Neftçi” Mpenza məsələsi barəsində İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya müraciəti ünvanlamış, 3 ay davam etmiş araşdırmalardan sonra FİFA-nın 21.01.2015-ci il tarixdə futbolçunun xeyrinə çıxardığı qərarı qüvvədə saxlanılmışdı.

Sözügedən qərara görə, paytaxt klubu Mpenzaya 800 000 dollar məvacib ödəməlidir. Klubdan aldığımız məlumata görə, onlar hazırda bu məbləği toplamağa çalışırlar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail