"Neftçi" - Stadium.az saytı arasındakı problemə PFL-dən münasibət gəldi

12.12.2015 | 3658 dəfə oxunub

Lənkəranda baş tutan "Xəzər" - "Neftçi" oyunundan sonra, "Neftçi"nin mətbuat katibi Mehman Rəsulov, mənim(Xanoğlan İmanov- Stadium.az-ın əməkdaşı) "Neftçi"nin soyunub geyinmə otağına daxil olmağımla bağlı PFL-ə muraciət etdiyini və mənim "Neftçi"nin oyunlarına getməyimə qadağa qoyulmasını istəmələrini xəbər vermişdik.

Stadium.az olaraq PFL-nin mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyevlə əlaqə saxlayıb məsələyə mövqeyini öyrəndik. PFL rəsmisi Mehman Rəsulovun dediklərinə belə şərh verdi:  "Bu barədə Mehmanla danışığımız olub, amma rəsmi muraciət olunmayib. Mən də demişəm ki, rəsmi müraciət olunsun. Biz də araşdıraq və məsələyə real qiymət verək. Araşdırma olmadan heç nə deyə bilmərəm. "Neftçi" rəsmilərinin jurnalistə qadağa qoymasına gəldikdə isə, məsələ belədir ki, akkreditasiyada yazılan tələblər var və ondan kənar olunan hərəkətlərə görə qadağa ola bilər".

Aslan bəy jurnalistə qarşı həmin anda "Neftçi" rəsmilərinin zor tətbiq etməsinə də toxunaraq bunları deyib. "Mən Mehmana da demişəm ki, orada mühafizə olmalı idi. Ümumiyyətlə, yenə deyirəm məsələ qarışıqdır. Araşdırma olmadan heç nə deyə bilmərəm. Qərarı mən tək vermirəm. Rəsmi müraciət olunarsa, hər iki tərəfin fikirləri dinlənəcək və araşdırılacaq."



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail