Ansi Aqolli: "Əsas rəqiblərimiz "XL" və "Neftçi"dir"

"Qarabağ"ın müdafiəçisi məşqlərə başlayıb

08.10.2011 | 5661 dəfə oxunub

"Qarabağ" "Rəvan"la oyunun hazırlıqlarını davam etdirir. Stadium.az xəbər verir ki, milli oyunlar səbəbindən komanda tam heyətlə çalışa bilməsə də, Albaniya yığmasının heyətində son oyununda qırmızı vərəqə alaraq cəzalı duruma düşən Ansi Aqolli artıq Bakıya qayıdıb və komandayla məşqlərə çıxır.

Azərbaycana gələn ən uğurlu legionerlərdən sayılan 29 yaşlı sol cinah müdafiəçisi stabilliyi ilə yanaşı daim hücumlara qoşulmağı ilə yadda qalır. Ansi "Turan"la baş tutan sonuncu oyunda "Qarabağ"ın 2-ci qolunu vuraraq premyerliqada qol hesabını açdı.

Albaniyalı futbolçu klubun rəsmi saytna verdiyi açıqlamada ilk olaraq bunu dəyərləndirib: "Hücumlara qoşulmağı sevirəm. Bilirdim ki, əvvəl-axır qol vuracaqdım (gülür). Ötən mövsüm səhv etmirəmsə 5 qol ötürməsi vermişdim. "Qarabağ"ın oyun üslubu elədir ki, daim hücuma dəstək verirəm. Topla daha çox davranırıq. İnanıram ki,bu il vuracağım sonuncu qol olmayacaq. Meydan düz olanda biz daha yaxşı oynayırıq. Getdikcə, daha yaxşı oynayacağımıza inanıram".

Ansi  Premyer Lqiada hədəfləri və rəqiblər haqqında da danışıb: "Təbii ki, maksimalist olaraq çempionluq istəyirəm. Komandamızın buna qadir olduğuna əminəm. Sadəcə, hər oyuna final matçı kimi baxmalıyıq. Xüsusilə, milli oyunlardan sonrakı periodu yaxşı dəyərləndirməliyik. Çox vaxt həmin matçlarda xal itiririk. Bəxt amili də vacibdir. Xal itirdiyimiz "Qəbələ", "Xəzər Lənkəran" və "Sumqayıt Şəhər"lə oyunlarda rəqibdən daha yaxşı təsir bağışlamışdıq. Sadəcə, şanssızlıqla üzləşdik. Çempionluğa əsas namizədə gəlincə, "XL" bu gün lider mövqeyində qərarlaşıbsa, demək onlar hər kəsdən öndədirlər. Amma keçən il daha gerilərdən gəlib rəqibi yaxalamışdıq. Ona görə də "Qarabağ" olaraq yenə də zirvəyə qalxa bilərik. Zənnimcə, qızıl medallar uğrunda əsas rəqiblərimiz "XL" və "Neftçi"dir. Amma digər oyunlara da eyni konsentrasiya ilə yanaşmasaq əsas rəqibləri fikirləşməyin mənası yoxdur".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail