"İlk hissədə daha yaxşı futbol oynadıq"- Əsgər Abdullayev

13.12.2015 | 2732 dəfə oxunub

Premyer Liqanın XVI turu “Neftçi” üçün uğurlu alındı. Əsgər Abdullayevin rəhbərlik etdiyi paytaxt klubu səfərdə “Qəbələ”ni 1-0 hesabı ilə üstələdi.

Stadium.az xəbər verir ki, "Neftçi"nin baş məşqçisi Əsgər Abdullayev qalib gəldikləri oyunu belə şərh edib:

“İki fərqli hissə izlədik. İlk hissədə daha yaxşı futbol oynadıq. Fasilədən sonra düşündük ki, rəqibi əks hücumda tutaq. Amma düşündüklərimizi yerinə yetirə bilmədik.  Buna rəğmən,  qələbə hesabını qoruyub saxlaya bildik. 
Komandada qalıb-qalmayacağımla bağlı sual 1 aydır ki, davam edir. Bu sual çeynənmiş saqqız kimidir. Bilirdim ki, yenə bu sual olacaq. Hər şey Allahın qismətidir. Filyonun əsas heyətdə meydançaya çıxması təsadüfi deyildi. Son məşqlərdə onu daha “diri” gördüm. Başla yaxşı oynamağı bacaran futbolçunu start heyətində meydançaya buraxdım və sevindirici haldır ki, yanılmadım. Zədəli oyunçularımız var. Elşən Abdullayev əməliyyat olunub, Araz Abdullayev isə zədədən yeni qayıdıb. Futbolçular formaya düşdükdən sonra heyətdə rəqabət artacaq. İndiki vəziyyətdə futbolçular özlərinə inanmalıdırlar”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail