AZAL-a qələbə qazandıran: “İndi bizim işimiz ancaq meydana çıxmaq və oynamaqdır"

15.12.2015 | 3289 dəfə oxunub

AZAL Premyer Liqanın son turunda “Xəzər Lənkəran”a 1:0 hesabıyla qalib gəldi. Stadium.Az xəbər verir ki, oyunda vurulan yeganə qolun müəllifi Murad Səttarlı matç barədə əməkdaşımıza açıqlama verib:

“Bilirdik ki, çətin oyun olacaq. Çünki hər iki komanda qələbə qazanmaq istəyirdi. “Xəzər Lənkəran”da cavan futbolçular çoxdu. Ancaq biz qələbəni daha çox istədik. Əsas istəyimiz də 3 xal qazanmaq idi. Bunu da bacardıq. İndi qarşıda daha çətin oyunumuz var. Əlimizdən gələni edəcəyik ki, önümüzdə “Neftçi”ylə səfər oyununda da meydandan 3 xalla ayrılaq”.

Murad qışda komandasının güclənməsi yönündə yayılan xəbərlərə də toxundu: “İndi bizim işimiz ancaq meydana çıxmaq və oynamaqdır. Komandanın necə olacağı rəhbərliyin işidir. Amma hər kəs istəyər ki, komandası güclü, iddiası olsun. İnşAllah bizim komanda da iddialı olar”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail