İlin "ən yaxşıları" bəlli oldu

16.12.2015 | 2359 dəfə oxunub

İdman Araşdırmalar Mərkəzinin həyata keçirdiyi "İlin Qalibləri-2015" layihəsinin yekun mərhələsi olan mükafatlandırma mərasiminin vaxtı və yeri müəyyənləşib. Tədbir dekabrın 18-də "Qafqaz Point" otelində təşkil olunacaq.

Saat 15:00-da başlanacaq mərasimdə əvvəlcə Çempionlar Liqasında 2014-2015 mövsümü ilə əlaqədar İAM-ın keçirdiyi ÇEMPİON yarışmasının qalibi təltif olunacaq. Ardından KİV nümayəndələri arasında sorğu nəticəsində 8 nominasiya üzrə fərqlənənlər idman ictimaiyyətinin tanınmış nümayəndələri tərəfindən mükafatlandırılacaqlar. Həmin nominasiyalar bunlardır:

1. İlin idman xadimi

2. İlin yerli futbolçusu

3. İlin yerli idmançısı (digər növlər üzrə)

4. İlin əcnəbi idmançısı

5. İlin komandası (futbol və digər növlər üzrə)

6. İlin baş məşqçisi (futbol və digər növlər üzrə)

7. İlin mətbuat katibi (futbol və digər növlər üzrə)

8. İlin idman jurnalisti

Tədbirdə İAM-ın xüsusi mükafatı da veriləcək.

Qeyd edək ki, "İlin Qalibləri-2015" layihəsinin baş sponsoru "Kolizey İnşaat", informasiya dəstəkçiləri "Report" agentliyi və Sportnet.az portalıdır. İdman İdman Araşdırmalar Mərkəzi ardıcıl 3-cü il həyata keçirilən layihənin bütün dəstəkçilərinə, o cümlədən, sorğuda fəal iştirak edən KİV nümayəndələrinə minnətdarlığını bildirir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail