"Topaz"ın rekord uduşunun təsdiqi

Növbəti superpriz

10.10.2011 | 10396 dəfə oxunub

Populyar idman mərc oyunları Operatoru “Topaz”dan növbəti superpriz 186 694 AZN olub!

Bu hadisə bir həftə əvvəl Mehdi Hüseyn küç., 69 ünvanında yerləşən ”Topaz” agentində baş verib. Ən təəccüblüsü odur ki, qalib cəmi 4 oyunun hər birində vurulacaq ümumi qolların sayının 7-dən çox olacağını düzgün proqnozlaşdırıb. 

Bu mərcin əmsalı təkcə Azərbaycanda deyil, həm də ötən 10 il ərzində Türkiyədə belə qeydə alınmamış  rekord rəqəmdir.

Təbii ki, bu uduş təkcə bizim ictimaiyyəti deyil, həm də 2 AZN yatırıb, bir dəfəyə varlanan qalibimizi də şoka salıb. Əlbəttə, təvazökarlıqdan uzaq olsa da, demək lazımdır ki, 186.694 AZN-lik uduşun sahibi yetərincə erudit futbol fanatıdır və 4 oyunun hamısının nəticəsini nəfis proqnozlaşdırırıb.

Hazırda qalib “Topaz”ın bank-tərəfdaşlarından biri olan “Bank of Azerbaijan”ın baş ofisində öz uduşunu artıq əldə edib. Çoxları ola bilsin ki, elə həmin bankda  depozit hesabı açmağa üstünlük versələr də, bir anda varlanan futbol fanatı pulları nağd almağa üstünlük verdi.

Ümumi təəssüfümüzə baxmayaraq, küllü miqdarda pulun xoşbəxt sahibi təkcə mətbuata müsahibə verməkdən imtina etmədi, həm də Azərbaycanda ilk dəfə belə böyük uduşun qeydə alınmasını önəmli hadisə hesab edən “Topaz” rəhbərliyi ilə də görüşdən çəkindi.    

Onun rədd cavabının səbəbləri olduqca aydındır – bundan da az miqdarda pula görə baş verən cinayət hadisələri ilə kriminal xronikanın dolduğu bir vaxtda, əlində kifayət qədər böyük kapitalı olan birinin adını açıqlayaraq, özünə xüsusi maraq cəlb etmək istəməməsi anlaşılandır.

Bu hadisə cəmiyyətdə də bir-birinə zidd şaiyələrə səbəb oldu və insanları 2 cəbhəyə böldü: bəziləri bu uduşun baş verdiyinə ümumiyyətlə inanmır, digərləri isə qalibin yerinə ürəkdən sevinir. Sözügedən hadisənin baş verdiyinin təsdiqi olaraq, redaksiya, oxucularının diqqətinə uduşun ödənilməsini təsdiqləyən bank sənədini təqdim edir.

Bizə isə qalib-rekordsmenə gələcəkdə uğurlar və qazandığı vəsaiti savadla xərcləməyi arzu etmək qalır!



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail