Ruslan Abışov Almaniyaya yollanacaq

19.12.2015 | 3224 dəfə oxunub

"Qəbələ"nin ukraynalı qapıçısı Dmitri Bezotosnı çıxışını Azərbaycan Premyer Liqasında qış fasiləsi başlamamış bitirməli olub.
 
Stadium.az xəbər verir ki, ayaq pəncəsində barmaq sümüyü sınan legioner bir neçə gündü vətənindədi.  Əsas komandanın həkimi Roman Jolobaylyuk Bezotosnının təkrar müayinə olunacağını bildirib: “Ona gips qoyulub. Bu həftə təkrar müayinə olunacaq və nəticəsini Ukraynadan bizə göndərəcək. Dmitrinin qış fasiləsinədək sağalacağını gözləyirik”.
 
Jolobaylyuk müdafiəçi Ruslan Abışovun zədəsiylə bağlı alman həmkarlarına müraciət etdiklərini bildirib. Onun sözlərinə görə, Münhendən aldıqları cavaba əsasən müalicə kursunu müəyyənləşdiriblər: “Köhnə zədə Ruslanı neçə vaxtdı narahat edir. Bu problemi birdəfəlik həll etməkdə futbolçuya kömək etmək istəyirik. Almaniyanın Münhen şəhərindəki klinikada həkim tanışlarım var. Alman həmkarlarımla məsləhətləşməyə ehtiyac vardı. Rentgen müayinəsinin nəticəsini onlara göndərdik və artıq cavab almışıq. Məlum oldu ki, problem Abışovun diz nahiyəsində yox, onurğa sütunundadı. Bu il oyunlarımız bitəndən sonra futbolçunu Almaniyaya müalicəyə göndərməyi nəzərdə tutmuşuq. Müayinənin nəticələrini bilmədən onu risk qarşısında qoya bilməzdik. Hələliksə Ruslan komandanın oyunlarında iştirak edir”.
 
Qeyd edək ki, Ruslanla yanaşı estoniyalı hücumçumuz Sergey Zenyov da zədə üzündən “Neftçi”ylə Qəbələdəki matçı tribunadan izləməli olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail