Bəhmən Həsənov jurnalistlərə: "Bunlardan yazın da"

19.12.2015 | 4065 dəfə oxunub

"Sumqayıt" - "Rəvan" (3:3) matçından sonra qonaqların baş məşqçisi Bəhmən Həsənov mətbuata açıqlama verib. Stadium.az-ın oyuna ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, Həsənov hakimlərdən kəskin narazılığını bildirib:

"Biz bü gün qəhrəman kimi çıxdıq meydançaya və meydançanı qəhrəman kimi də tərk etdik. Hesabdan aslı olmayaraq, komandamdan razıyam. Halal olsun uşaqlara ki, bütün tapşırıqları yerinə yetirdilər. Buraxılan qollardan sonra həvəsdən düşmədilər və sona kimi vuruşdular. "Rəvan" həmişə yaşayıb, həmişə də yaşayacaq. Amma nə olacaq bunun sonu, keçən il Məmmədov, Cabbarov. indi də belə. Bir dəfə yazmırsız siz(jurnalistləri nəzərdə tutur). Ancaq yazırsız ki, filan şey belə oldu, filan şey elə oldu. Heç məni də yaxşı tanımırsız. Bir dəfə də olsun üz-üzə əyləşib söhbət eləməmişik belə. Heç birmirsiz mən kiməm, nəçiyəm, haranı bitirmişəm. Yazırsız "admı var, nəyi var". Boş söhbətlərdi hamısı. Yazın da, belə şeylərdən yazın. Haranı açırsan məndən yazırsız. Belə şeylərdən yazın da. Qoy güclü qalib gəlsin də, sağlam mübarizə olsun da. Onsuz da komandamız gec yığılıb, problemlər aşıb-daşır. Belə olaylarda bir yandan. Kritik durumdu. Mən xatırlayıram 80-ci illərdəki mən oynadığım futbolu, qaranlıq düşüb, 105-ci dəqiqədə oyun bitib. Biz hansı dövrdə yaşayırq? Quldarlıq dövrü də keçdi artıq. Amma biz hələ bu cür haqsızlıqlarla qarşılaşırıq. Neçə vaxt idi "Rəvan" heç kimin yadına düşmürdü. Amm son 3 turda ancaq sıxırlar bizi".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail