"Hamı Rahid Əmirquliyevi komandasında görmək istəyər" - MÜSAHİBƏ

20.12.2015 | 2515 dəfə oxunub

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Qəbələ"ylə Premyer Liqanın 18-ci turunun 1:1 hesabıyla başa çatan oyunundan sonra təşkil olunan mətbuat konffransında jurnalistlərin suallarını cavablandırıb: 

- Yaxşı komandaya qarşı oynadıq, Rəqib Avroliqada yaxşı çıxış etmişdi və bölgə komandasının avrokuboklara çıxması bizi sevindirir. Oyuna gəlincə, 90 dəqiqə daim həyəcanlı oldum. Futbolçularım hesabı dəyişmək üçün çox güc sərf etdilər. Baxmayaraq ki, bu oyunda 1:0 və ya 2:0 hesabı ilə məğlub ola bilərdik. Hər iki komanda yaxşı istirahətə layiqdir. Komandamdakı hər bir futbolçudan razı qaldım. Bu ilimiz komanda üçün pis alınmadı, amma sonlara yaxın şahidi olduq ki, daha da ciddi olmalıyıq və hər bir futbolçu öz potensialını daha yaxşı göstərməlidi. Qələbəyə sadəcə qol çatmadı, qol epizodlarından istifadə edə bilmədik.
 
- Bu oyunda qol epizodlarından istifadə edə bilmədiniz. Sizə elə gəlmir ki, hücum xəttində problemləriniz var?
- Hər zaman hücumda problemlər olub. Amma bu bir çox komandada var, inanmıram ki, heç bir baş məşqçinin hücumçu problemi olmasın. Hər bir futbolçu çalışmalıdırki, epizodlardan maksimum istifadə etsin.
 
- Oyunun 84-cü dəqiqəsində İlqar Qurbanov "fair-play"ə əməl edərkən sizlə məsləhətləşib sonra qərarını verdi?
- Ola bilər ki, bəzən hakim görmür. Biz futbolçularla söhbət edirik ki, həmişə doğrusunu söyləyək.
 
- Rahid Əmirquliyevlə danışıqlar getdiyi deyilir..
- Hamı Rahid Əmirquliyevi komandasında görmək istəyər. Transfer haqda 3-4 gün sonra danışacam. 
 
- Riçard Almeyda, Coşqun Diniyev və Qara Qarayev eyni mövqedə oynayır. Belə bir futbolçular olan yerdə, Əmirquliyevə ehtiyac var?
- Rahid komandada olsa, yaxşı olar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail