Gənc futbolçumuzun uğuru- YAZI

20.12.2015 | 2586 dəfə oxunub

Avropada fəaliyyət göstərən TSHB-19-Futbolçuların Diaqnostika Mərkəzinin bu il üçün götürdüyü test normativlərinin nəticələrinə əsasən "İnter"in U-15 komandasının futbolçusu Murad Bağırov 2-ci mərhələdə iştirak etmək imkanı qazanıb. Bu barədə redaksiyamıza Muradın məşqçisi Vaqif Hidayətov məlumat verib. Dekabrın əvvəllərində futbolçudan götürülən normativ testlər TSHB-19 mütəxəssisləri tərəfindən bəyənilib və bir neçə gün əvvəl Muradın növbəti mərhələyə keçməsi barədə onlara məlumat verilib. 2-ci mərhələ nələrdən ibarət olacaq? Bu suala cavab verməmişdən əvvəl çoxları üçün tanış olmayan TSHB-19 haqqında məlumat verək. TSHB-19 nə deməkdir? Futbolçuların Diaqnostik Mərkəzi olan TSHB-19 layihəsi Avropanın bir çox top-komandaları və futbol akademiyalarının maliyyə dəstəyi ilə fəaliyyət göstərir. Onların arasında İtaliya, İngiltərə, Hollandiya və digər ölkələrin klubları və futbol akademiyaları var. Məqsəd istedadlı gənc futbolçuları axtarıb tapmaq və onları layihəyə sərmayə yatıran klub və akademiyalara verməkdir. Mərkəzin Avropanın bir neçə şəhərində, o cümlədən Paris və Londonda ofisləri yerləşir. TSHB-19-da Avropada kifayət qədər tanınmış futbol və tibb mütəxəssisləri yer alıblar. Qurumun onlarla nümayəndəsi müxtəlif, əsasən də 2-ci dərəcəli futbol ölkələrində oynayan 15-17 yaşlı gənc futbolçuların normativ testlərini toplayıb Avropadakı ofislərinə göndərirlər. Bu, 1-ci mərhələ hesab edilir. 1-ci mərhələdə TSHB-19-un mütəxəssisləri göndərilmiş normativ testlərə əsasən onları qane edən gənclərə 2-ci mərhələdə iştirak etmək imkanı yaradırlar. 2-ci mərhələyə keçən futbolçular TSHB-19-un təyin etdiyi vaxtda və yerdə toplaşmalıdırlar. Burada onlardan təkrar normativ testlər götürülməkə yanaşı, tam tibbi müayinədən keçirilir, təpədən-dırnağa kimi yoxlanılırlar. Əgər futbolçunun səhhətində cüzi problem aşkar olunarsa, seçimlərdən kənarlaşdırılır. Bu da son deyil. Futbolçuların meydandakı məharətləri də yoxlanılır, onların texnikası, oyunu oxumaq qabiliyyəti, meydanı görmək bacarığı, topla rəftarı və s. yoxlanılır. 2-ci mərhlədən üzüağ çıxan futbolçu TSHB-19-un nəzarətinə götürülür. Ardınca TSHB-19-un nümayəndəsi və vəkili futbolçunun mənsub olduğu klub, uşağın valideyni və məşqçisi ilə danışıqlar aparr. Razılıq əldə olunarsa, həmin futbolçu layihənin sponsorları olan klub və akademiyalara ya satılır, ya da icarəyə verilir. Bu da həmin futbolçunun gələcəkdə parlaması üçün əla fürsətdir. Qeyd edək ki, 1- ci mərhələ heç bir xərc tələb etmir. 2-ci mərhələdə yoxlanış üçün lazım olan bütün məsrəflər TSHB-19 tərəfindən ödənilir. Buraya futbolçunun valideyni və məşqçisinin də xərcləri daxildir. TSHB-19-un Azərbaycan üzrə nümayəndəsi, əslən gürcü olan, bir neçə ildir ki, Azərbaycanda fəaliyyət göstərən, hazırda "Əlincə" FK-da çalışan Vasil Çeişvilidir. V.Çeişvili ölkəmizdən başqa Gürcüstan, Ermənistan, Özbəkistan və Qazaxıstanda da istedadlı gənc futbolçuların üzə çıxmasında və layihədə iştirak etməsində əlaqələndiricidir. Azərbaycanlı gənclər ilk dəfədir ki, bu layihədə iştirak edirlər. Bu il Azərbaycan üçün 60 yer ayrılsa da, təəssüf ki, cəmi 13 futbolçunun normativ testləri TSHB-19-a göndərilib. Həmin futbolçulardan isə təkcə Murad Bağırov seçilib. V.Çeişvilinin sözlərinə görə, layihənin ilk mərhələsindən keçməyin özü bir uğurdur. Çünki orada çalışanlar hər xırda detala fikir verirlər. İlk baxışdan "13-lük"dən cəmi 1 futbolçunun seçilməsi çoxlarında ikrah hissi doğura bilər. Amma gürcü mütəxəssisin sözlərinə görə, 10 ilə yaxın müddətdə göndərdiyi yüzlərlə futbolçunun normativ testlərindən cəmi 13-14-nin nəticələri bəyənilib və onlar 2-ci mərhələdə iştirak etmək imkanı qazanıblar. TSHB-19-un nümayəndəsi futbolçulardan test götürülməsi ilə bağlı bir çox klublarımızın məşqçilərinə müraciət etsə də, nədənsə, onların demək olar hamısı bu müraciətə ciddi yanaşmayıblar. Təkcə "İnter"in U-15 komandasının baş məşqçisi Vaqif Hidayətovdan başqa. Bu il normativ test verən 13 futbolçudan 7-i məhz "İnter"in yetirməsi idi. Murad Bağırovun 2-ci mərhələyə keçməsi futbolçu üçün böyük uğur hesab edilməlidir. 2-ci mərhələnin keçiriləcəyi yer barədə məlumat fevral ayının 15-ə kimi veriləcək. Əgər iri cüssəsi və yüksək fiziki göstəricilərə malik (Muradın boyu 188 sm-dir) futbolçumuz bu mərhələni də adlasa, o halda onun Avropanın top￾klublarından birinin futbol məktəbinə keçəcəyi böyük ölçüdə öz həllini tapacaq. Bu, İtaliya "Milan"ı, İngiltərə "Arsenal"ı və ya hansısa digər samballı klub ola bilər. Gerisi qalır Muradın fərasətinə. Murad TSHB-19-da mərhələ adlayan ilk futbolçumuzdur. Ayağı düşərli olsun! Azər TAĞIYEV “Het-trik news” qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail