"Kəpəz" yenə insanları aldatdı-

30.11.-0001 | 1307 dəfə oxunub

Azərbaycan Premyer Liqasında ilin son ən maraqlı oyunu Gəncədə baş tutdu. Azərbaycanın iki köklü komandasının qarşılaşması nə qədər maraqlı olsa da, tribunaya gələn azarkeşlərin sayı heç də bunu göstərmədi. Onsuz da hər dəfə stadiona gələn azarkeş sayını 5-7 min nəfər artıq göstərilən Gəncədə bu dəfə də bir fərqlilik olmadı. Oyunu canlı izləməyə getmiş iki Stadium.az əməkdaşının məlumatına görə, 25 minlik Gəncə şəhər stadionunda ən yaxşı halda 9 min azarkeş tapmaq olardı. Bir qapı arxasında yerləşən "Neftçi"nin "Forza "Neftçi" fan klubunun 20-yə yaxın üzvü demək olar kı, ətrafında olan 4 minə yaxın tribunaya sahiblik edirdi. Digər qapı arxasındakı oturacaqlarda isə 1000-ə yaxın azarkeş belə tapmaq olmazdı. VİP bölmənin ətrafında daha sıx yerləşmiş azarkeşlərlə üzb-üzə olan tribunda olanların sayını  toplasaq, stadiona gələnlərin sayının 10 minə çatmadığını qeyd edə bilərik. Bu rəqəmləri öümüzdən yox, 25 minlik azarkeş tutumuna malik olan stadionun vəziyyətinə baxarkən demək olur. Bu il ancaq belə say artımı ilə məşğul olan "Gəncə" klubu nəyə nail olmaq istəyir, bilmək olmur. Hər-halda AFFA-nın birbaşa nəzarətində olan klubu bu cür reklam etməyi anlamamaq çətin deyil. "Qarabağ"la oyunda göstərişlə bütün dövlət işçilərini zorla stadiona gətirib, tribunan dolduran "Kəpəz" klubu, indi də biletsiz fanat toplamaq arzusuna düşüb. Yazdığımızı fotolarda sizə təqdim edirik:

Cavid ƏHMƏDOĞLU



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail