AFFA-dan I Diviziona cəza yağışı

İntizam Komitəsinin iclası keçirildi

11.10.2011 | 5814 dəfə oxunub

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Stadium.az xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar Premyer Liqada yaranmış fasilə zamanı I Divizionda mübarizə davam edib. İntizam Komitəsi də məhz aşağı dəstədə baş vermiş qayda pozuntuları ilə bağlı müzakirələr edib və aşağıdakı qərarlar qəbul olunub.

Azərbaycan I divizionunun V turunun "Qaradağ Lökbatan" – "Şəmkir" matçında "Qaradağ Lökbatan" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 (bir yüz) manat cərimə olunub. Oyunun 24-cü dəqiqəsində "Şəmkir" klubunun məşqçisi Vüqar Əliyev hakimə etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün məşqçi 1 oyunluq cəzalanıb, klub 100 (bir yüz) manat cərimə olunub. 

Azərbaycan I divizionunun V turunun "Karvan" – "Lokomotiv" matçının 66-cı dəqiqəsində "Lokomotiv" klubunun 2 nömrəli futbolçusu Orxan Əsədov sonuncu ümid foulna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 20 (iyirmi) manat cərimə olunub.

Azərbaycan I divizionunun V turunun "Həkəri" – "Şahdağ" matçının 80-cı dəqiqəsində "Şahdağ" klubunun 24 nömrəli futbolçusu Sina Nəcəfian sonuncu ümid foulna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 20 (iyirmi) manat cərimə olunur.

Azərbaycan I divizionunun V turunun "Energetik" – MOİK matçında "Energetik" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 (bir yüz) manat cərimə olunub. Oyunun 90+4-cü dəqiqəsində "Energetik" klubunun 41 nömrəli futbolçusu Zamir Cəlilov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 20 (iyirmi) manat cərimə olunub.

Azərbaycan I divizionunun V turunun "Neftçala" – "Tərəqqi" matçının 89-cu dəqiqəsində "Tərəqi" klubunun inzibatçısı Ceyhun Məmmədov hakimləri təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldılğı üçün inzibatçı 5 oyunluq cəzalanıb, klub 500 (beş yüz) manat cərimə olunub (maddə 42.4). Oyunun 90+1-ci dəqiqəsində "Tərəqqi" klubunun 6 №-li futbolçusu Rövşən Vəliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunuluq cəzalanıb, klub 400 (dörd yüz) manat cərimə olunub.

Azərbaycan I divizionunun V turunun "Bakıllı" – "Göyəzən" matçının 73-cü dəqiqəsində "Göyəzən" klubunun məşqçisi Elxan Muradovun hakimə etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün məşqçi 1 oyunluq cəzalanıb, klub 100 (bir yüz) manat cərimə olunub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail